--:--:-- | 11 İyun 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Azərbaycan Hökuməti və BMT-nin Məskunlaşma Proqramının birgə təşəbbüsü ilə Yeni qlobal Bakı Şəhərsalma Mükafatı təsis olunub.

Aysel Əlibəyli 20 May 2026 · 20:09 25 baxış

Azərbaycan Hökuməti və BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) dayanıqlı şəhər inkişafının təşviqi məqsədilə yeni qlobal mükafat – Bakı Şəhərsalma Mükafatını (Baku Urban Award) təsis edir.

Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən WUF13 çərçivəsində dayanıqlı şəhər inkişafı və əlçatan mənzil sahəsində qabaqcıl şəhərsalma həllərinin təşviqi məqsədilə Azərbaycan Respublikası Hökumətinin təşəbbüsü və BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə birgə təsis olunan yeni beynəlxalq mükafat – Bakı Şəhərsalma Mükafatının (Baku Urban Award) rəsmi təqdimetmə mərasimi keçirilib.Mükafat uzunmüddətli sosial, iqtisadi və ekoloji təsir yaradan praktik şəhər həllərinin beynəlxalq səviyyədə tanıdılmasına yönəlmiş qlobal platforma kimi formalaşdırılır.O, Ümumdünya Şəhərsalma Forumunun (WUF13) əsas irs elementlərindən biri olacaq və forumdan kənarda da qlobal şəhər gündəliyinin inkişafını dəstəkləyən davamlı beynəlxalq mexanizm kimi fəaliyyət göstərəcək.Təşəbbüs üç əsas istiqaməti birləşdirir: şəhərsalmada tətbiq olunan praktik həllər, ekspert və elmi yanaşmalar, həmçinin uğurlu təcrübələrin siyasətə inteqrasiyası.Qiymətləndirmə memarlıq, şəhərsalma, mənzil təminatı, iqlim dayanıqlılığı, maliyyə və vətəndaş cəmiyyəti sahələrində beynəlxalq ekspertlərdən ibarət müstəqil münsiflər heyəti tərəfindən aparılacaq. Mükafat bütün regionları əhatə edən açıq platforma olacaq.Bu təşəbbüs Azərbaycanın qlobal şəhərsalma və iqlim gündəliyinə sadiqliyini bir daha nümayiş etdirir. Bu istiqamətdə COP29-a ev sahibliyi, “MAP” təşəbbüsü, “Bakı Davamlılıq Koalisiyası”, UN-Habitat çərçivəsində əməkdaşlıqlar və WUF13-ün Bakıda keçirilməsi kimi addımlar da yer alır.Azərbaycan–UN-Habitat əməkdaşlığı 2022-ci ildən etibarən Azərbaycan Milli Şəhərsalma Forumunun yaradılması ilə daha da güclənib və Qarabağ və Şərqi Zəngəzurda keçirilən forumlar, eləcə də Bakıda Ümumdünya Məskunlaşma Günü tədbirləri ilə davam etdirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bu ərazilərdə qaz təchizatı dayandırılacaq.

Next Article

Parviz Shahbazov Dünya Bankı Qrupunun infrastruktur məsələləri üzrə vitse-prezidenti ilə görüş keçirib.

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Baş prokuror vətəndaşlarla görüşəcək

Aysel Əlibəyli 08 İyun 2026 · 11:17 14 baxış Baş prokuror Kamran Əliyev iyunun 12-də paytaxtın Nərimanov rayonunda vətəndaş qəbulu keçirəcək. Elpress.az “Report”a istinadən xəbər verir ki, Baş Prokurorluğun yaydığı məlumata əsasən, qəbul saat 10:00-da […]

Dayanıqlı şəhərlərin gələcəyi qlobal əməkdaşlıqdan keçir

Elşən 18 May 2026 · 10:19 17 baxış Müasir dövrdə şəhərlərin üzləşdiyi problemlər dayanıqlı inkişaf məsələsini daha vacib edir. Belə beynəlxalq tədbirlər isə ölkələr və şəhərlər arasında təcrübə və bilik paylaşımını gücləndirən mühüm platforma rolunu […]

Ayasofyada Ərdoğandan Quran qiraəti

Aysel Əlibəyli 29 May 2026 · 23:39 34 baxış Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulun fəthinin 573-cü ildönümü münasibətilə Ayasofya Böyük Məscidini ziyarət edib. Elpress.az Qafqazinfo-ya istinadən xəbər verir ki, dövlət başçısı burada Qurani-Kərimdən ayələr […]