--:--:-- | 24 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Anar Bayramovdan yeni kadr qərarı

Aysel Əlibəyli 03 İyun 2026 · 11:51 1321 baxış

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) kadr islahatları davam edir.

Elpress.az FED.az-a istinadən xəbər verir ki, qurumun yeni rəhbərliyi mərkəzi aparatın daha 11 əməkdaşı ilə əmək münasibətlərinə xitam verib.Vəzifəsindən azad edilənlər arasında İnsan resursları departamentinin rəhbəri Emin Xasıyev, İnzibati idarəetmə departamentinin rəhbəri Vasif Səfərov, Beynəlxalq əlaqələr departamentinin rəhbəri Fidan Mahmudova və İlkin səhiyyə xidməti departamentinin rəhbəri Rəşad Çobanlı da yer alır.Bundan əlavə, İnsan resursları, İctimaiyyətlə əlaqələr və kommunikasiya, İxtisaslı tibbi xidmətin təşkili, Strateji inkişaf, eləcə də Daxili nəzarət və monitorinq departamentlərində çalışan bəzi şöbə müdirləri və məsləhətçilər də vəzifələrindən uzaqlaşdırılıblar.Kadr dəyişiklikləri çərçivəsində TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinə yeni rəhbər də təyin olunub. Həmin vəzifə Zara İbrahimzadəyə həvalə edilib.Qeyd edək ki, Anar Bayramovun rəhbərliyi dövründə TƏBİB-də genişmiqyaslı struktur və kadr dəyişiklikləri həyata keçirilir. Son aylarda bir sıra müşavirlərlə əməkdaşlığa son qoyulub, həmçinin tabeli tibb müəssisələrinin rəhbərləri və mərkəzi aparat əməkdaşları ilə bağlı müxtəlif qərarlar qəbul edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Küveytdə hava zərbələrinin fəsadları aradan qaldırılır

Next Article

Tramp: İran nüvə silahından imtina etməyə razılaşıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Güclü yağışlarla bağlı Bakıda tədbirlər gücləndirildi

Aysel Əlibəyli 03 Oktyabr 2026 · 22:26 1078 baxış İntensiv yağışlar səbəbindən iri şəhərlərin su təchizatı və yağış sularının idarə olunması istiqamətində işlər gücləndirilib. Aidiyyəti qurumlar həssas ərazilərdə fasiləsiz xidmət göstərirlər. Elpress.az xəbər verir ki, […]

İmişlidə kompleks mülki müdafiə təlimi keçirilib

Aysel Əlibəyli 18 Sentyabr 2026 · 12:16 1092 baxış Təlimə 196 nəfər və 42 texnika cəlb olunub Elpress.az xəbər verir ki, İmişli rayonunda irimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqanları və qüvvələrinin […]

AMEA-nın həqiqi üzvü Əjdər Məcidov vəfat etdi

Aysel Əlibəyli 08 İyul 2026 · 14:41 1118 baxış Azərbaycan elminə dəyərli töhfələr vermiş AMEA-nın həqiqi üzvü, tanınmış akademik Əjdər Məcidov 88 yaşında dünyasını dəyişib. Elpress.az xəbər verir ki, Akademik Əjdər Məcidov bu gün səhər […]

İtkin şəxslərlə bağlı 910 insan qalığı ekshumasiya edilib

Aysel Əlibəyli 01 Sentyabr 2026 · 15:11 1074 baxış Qarabağ müharibələrində itkin düşənlərin axtarışı: 328 şəxsin kimliyi müəyyənləşdirilib Elpress.az xəbər verir ki, Birinci və İkinci Qarabağ müharibələri zamanı itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi istiqamətində aparılan […]