--:--:-- | 27 İyun 2026, Şənbə
Son Xəbər
Yüklənir...

1 İyun tədbiri çərçivəsində Xankəndidə 310 uşağın sağlamlıq vəziyyəti həkimlər tərəfindən yoxlanıldı.

Aysel Əlibəyli 01 İyun 2026 · 14:45 56 baxış

Böyük Qayıdış’ Dövlət Proqramı çərçivəsində Səhiyyə Nazirliyinin K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Xankəndi şəhərində yaşayan uşaqlar üçün səyyar tibbi müayinə aksiyası təşkil edib.

Elpress.az-ın Azərtac.az-a istinadən verdiyi məlumata əsasən, Təşəbbüsün əsas məqsədi azad olunmuş ərazilərə qayıdan ailələrin övladlarının keyfiyyətli səhiyyə xidmətlərinə əlçatanlığını artırmaq və onların sağlam böyüməsinə dəstək vermək olub. Aksiya çərçivəsində Elmi-Tədqiqat Pediatriya İnstitutunun təcrübəli pediatr, nevroloq, kardioloq, endokrinoloq, oftalmoloq, otorinolarinqoloq və digər ixtisaslı həkimlərdən ibarət komandası uşaqları hərtərəfli müayinə edib. Müayinələr zamanı uşaqların sağlamlıq vəziyyəti dəyərləndirilib, profilaktik baxışlar aparılıb, zərurət yarandıqda laborator və instrumental yoxlamalar həyata keçirilib.Müayinə nəticəsində müəyyən edilən xəstəlik və sağlamlıq problemləri barədə valideynlərə ətraflı məlumat verilib, onlara fərdi tibbi tövsiyələr təqdim olunub. Eyni zamanda, ehtiyac olan hallarda uşaqların ixtisaslaşmış tibb müəssisələrinə yönləndirilməsi və sonrakı tibbi nəzarətin təşkili təmin edilib.Aksiya çərçivəsində valideynlərlə maarifləndirici görüşlər də keçirilib. Görüşlər zamanı uşaqların düzgün qidalanması, peyvəndlənmənin əhəmiyyəti, mövsümi xəstəliklərdən qorunma yolları, sağlam həyat tərzi və psixoloji inkişaf kimi mövzular ətrafında geniş məlumat verilib.Tibbi baxışlara ümumilikdə 310-a yaxın uşaq cəlb olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycanda Ebola xəstəliyi endemik sayılmır, yayılma riski isə aşağıdır.

Next Article

MTN-nin generalı dünyasını dəyişib.

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Onlara ümumilikdə 271 min reabilitasiya vasitəsi təqdim edilib.

Aysel Əlibəyli 19 May 2026 · 11:29 49 baxış Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bu ilin yanvar–aprel aylarında əlilliyi olan 5700 nəfəri ümumilikdə 271 min reabilitasiya vasitəsi […]

FHN-də 28 May – Müstəqillik Günü ilə bağlı tədbirlər keçirilib

Aysel Əlibəyli 26 May 2026 · 17:20 108 baxış Fövqəladə Hallar Nazirliyinin regional mərkəzlərində 28 May – Müstəqillik Günü münasibətilə silsilə tədbirlər təşkil olunub. Elpress.az-ın məlumatına əsasən Tədbirlər çərçivəsində əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi […]

Naxçıvanda Vl siniflər üzrə monitorinqdə 5 minə yaxın şagird iştirak edib

Aysel Əlibəyli 06 İyun 2026 · 14:23 101 baxış Təhsilalanların bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə ölkədə, o cümlədən Naxçıvan Muxtar Respublikasında Vl siniflər üçün monitorinq keçirilib. Elpress.az-ın Azərtac.az-a istinadən verdiyi məlumata əsasən, Naxçıvanda monitorinq 17 […]