--:--:-- | 17 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

FHN-də 28 May – Müstəqillik Günü ilə bağlı tədbirlər keçirilib

Aysel Əlibəyli 26 May 2026 · 17:20 1208 baxış

Fövqəladə Hallar Nazirliyinin regional mərkəzlərində 28 May – Müstəqillik Günü münasibətilə silsilə tədbirlər təşkil olunub.

Elpress.az-ın məlumatına əsasən Tədbirlər çərçivəsində əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülərək xatirəsi ehtiramla anılıb.Dövlət Himninin səsləndirilməsi ilə başlayan mərasimlərdə Ulu Öndərin, həmçinin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatını itirən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.Çıxışlarda bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması milli dövlətçilik tariximizin mühüm mərhələsi olmaqla yanaşı, Şərqdə ilk parlamentli respublikanın əsasını qoyub. Qeyd edilib ki, cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, AXC milli ordu quruculuğu, dövlət atributlarının yaradılması, təhsil sisteminin formalaşdırılması və qadınlara seçki hüququnun verilməsi kimi mühüm addımlarla tarixə düşüb.Natiqlər vurğulayıblar ki, müstəqilliyin yenidən bərpasından sonra Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın dövlətçiliyi möhkəmləndirilib, hüquqi-demokratik dövlət quruculuğu istiqamətində mühüm nailiyyətlər əldə olunub.Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha da güclənərək beynəlxalq arenada nüfuzunu artırıb. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Ordumuz torpaqlarımızı işğaldan azad edib və ölkənin suverenliyi tam təmin olunub.Sonda tədbir iştirakçılarına 28 May – Müstəqillik Gününə həsr olunmuş sənədli film nümayiş etdirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Prezidentə təbrik mesajları göndərilir

Next Article

Qubada qadının müəmmalı şəkildə itməsi ilə bağlı axtarış aparılır

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Sabir Rüstəmxanlının 80 illik yubileyi Dram Teatrında qeyd olundu

Elşən 26 May 2026 · 21:59 1239 baxış Azərbaycan ədəbiyyatının və ictimai fikrinin görkəmli nümayəndələrindən biri olan Sabir Rüstəmxanlının 80 illik yubileyi münasibətilə paytaxtda təntənəli tədbir keçirilib. Yubiley gecəsi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında […]

Bakıda ekspres avtobuslarla bağlı YENİLİK

Aysel Əlibəyli 07 Sentyabr 2026 · 10:46 1044 baxış Elpress.az xəbər verir ki, Bakı Metropoliteninin “İnşaatçılar”, “Nizami” və “28 May” stansiyaları arasında hərəkət edən M2 ekspres avtobus marşrutunda ikinci validator quraşdırılıb. Yeni validator sərnişinlərin avtobusa […]

Sürücülük vəsiqəsi qaydaları dəyişdi

Aysel Əlibəyli 22 İyul 2026 · 12:29 1110 baxış DİN sürücülük vəsiqələrinin verilməsi və dəyişdirilməsi qaydalarına dəyişiklik edib Elpress.az xəbər verir ki, Daxili İşlər Nazirliyi sürücülük vəsiqələrinin verilməsi və dəyişdirilməsi ilə bağlı qaydalara dəyişiklik edib. […]