Bu gün Azərbaycanda 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü qeyd olunur.
Elpress.az xəbər verir ki, ümummilli lider Heydər Əliyevin 9 avqust 2001-ci il tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.
Bu əlamətdar gün Azərbaycan dilinin saflığının qorunması, zənginləşdirilməsi və gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Dövlət dili olan Azərbaycan dili milli kimliyimizin, tariximizin və mədəniyyətimizin əsas sütunlarından biridir.
Prezident İlham Əliyev də çıxışlarında Azərbaycan dilinin qorunmasının hər bir vətəndaşın borcu olduğunu vurğulayaraq bildirib: “Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucuları bizik – müstəqil Azərbaycan dövləti.
“Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə bütün həmvətənlərimizi təbrik edir, ana dilimizin daim yaşamasını və inkişaf etməsini arzulayırıq.


