--:--:-- | 19 Sentyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Xalq şairi Nəriman Həsənzadə vəfat edib

Aysel Əlibəyli 01 Avqust 2026 · 09:29 1046 baxış

Xalq şairi, dramaturq və ictimai xadim Nəriman Həsənzadə vəfat edib.

Elpress.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Nəriman Həsənzadə 18 fevral 1931-ci ildə Qazax rayonunun Poylu qəsəbəsində anadan olub. O, Gəncə Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb, daha sonra Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunu və Ali Ədəbiyyat Kurslarını bitirib.Əmək fəaliyyətinə müxtəlif mətbuat orqanlarında başlayan şair uzun illər “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru vəzifəsində çalışıb. O, həmçinin Azərbaycan Ali Sovetinin deputatı, mətbuat və informasiya nazirinin birinci müavini, Azərbaycan Ədəbiyyat Fondunun İdarə Heyətinin sədri və Milli Aviasiya Akademiyasında Humanitar fənlər kafedrasının müdiri kimi fəaliyyət göstərib.

Nəriman Həsənzadə Azərbaycan poeziyasına və dramaturgiyasına dəyərli töhfələr verib. Onun “Könlüm şeir istəyir”, “Yadına düşəcəyəm”, “Nabat xalanın çörəyi”, “Bir az möhlət istəyirəm ömürdən”, “Nuru paşa”, “Gəlimli-gedimli dünya” və digər əsərləri oxucular tərəfindən böyük rəğbətlə qarşılanıb. Əsərləri bir çox xarici dillərə tərcümə olunub, pyesləri isə müxtəlif teatr səhnələrində uğurla nümayiş etdirilib.

Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Nəriman Həsənzadə “Əməkdar incəsənət xadimi”, “Xalq şairi” fəxri adlarına, eləcə də “Şöhrət”, “Şərəf”, “İstiqlal” və “Heydər Əliyev” ordenlərinə, həmçinin Heydər Əliyev Mükafatına layiq görülüb.

Allah rəhmət eləsin.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

“Port Baku” yaşayış kompleksində baş verən yanğın söndürüldü

Next Article

1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Laçında beynəlxalq film festivalı başladı

Aysel Əlibəyli 24 Avqust 2026 · 16:34 1044 baxış Laçın şəhərində Beynəlxalq Film Festivalının (Lachin International Film Festival – LIFF) açılışı olub. Elpress.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin məlumatına əsasən, “Where Film Meets LIFE” şüarı […]

Xarıbülbül İğdırda qızıl boyunbağıda

Aysel Əlibəyli 09 Sentyabr 2026 · 14:35 1024 baxış Azərbaycanın simvollarından biri olan Xarıbülbül İğdırda zinət əşyası kimi təqdim edilib Elpress.az xəbər verir ki, Azərbaycan və Qarabağın tanınmış simvollarından biri olan Xarıbülbül İğdırda zərgərlik nümunəsinə […]