--:--:-- | 17 Sentyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

“Qarabağ” – “Dinamo” Kiyev oyunlarının hakimləri açıqlandı

Aysel Əlibəyli 01 Avqust 2026 · 09:51 1048 baxış

UEFA Konfrans Liqasının III təsnifat mərhələsində keçiriləcək “Qarabağ” – “Dinamo” (Kiyev) qarşılaşmalarını idarə edəcək hakimlər briqadası müəyyənləşib.

Elpress.az xəbər verir ki, avqustun 6-da Polşanın Lublin şəhərində keçiriləcək ilk oyunun baş hakimi Danimarkadan Morten Kroq olacaq. Ona yan xətt hakimləri Şteffen Bramsen və Viktor Skite kömək edəcək. Dördüncü hakim funksiyasını Yakob Karlsen, VAR hakimi vəzifəsini isə Yakb Kelet yerinə yetirəcək.

Avqustun 13-də Bakıdakı cavab qarşılaşması isə İngiltərədən olan hakimlər briqadasına həvalə edilib. Matçın baş hakimi Stüart Attvell olacaq. Ona yan xətt hakimləri Yan Hussin və Nik Qrinhalq, dördüncü hakim Lyuis Smit kömək edəcək. VAR hakimi kimi isə Piter Benks fəaliyyət göstərəcək.

Qeyd edək ki, cavab görüşü avqustun 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür

Next Article

Sevil Əliyeva: “2017-ci ildən Bakıda, ata evimdə yaşayıram”

Bəlkə də, sizin üçün maraqlı olar ...;

9 turnirdə 8 məğlubiyyət qeydə alınıb.

Aysel Əlibəyli 14 İyun 2026 · 11:29 1104 baxış Türkiyə milli komandası böyük turnirlərdə yenə də zəif startla yadda qalır və uğursuz başlanğıc seriyası davam etməkdədir ⚽📉 Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən, Turkey national […]

Azərbaycan Etnoidman Festivalında təmsil olundu”

Aysel Əlibəyli 24 May 2026 · 21:29 1147 baxış İstanbulda təşkil olunan VIII Etnoidman Beynəlxalq Mədəniyyət Festivalı yekunlaşıb.Festival türk dünyasının ortaq irsinin, milli-mədəni dəyərlərin və ənənəvi idman növlərinin beynəlxalq səviyyədə tanıdılmasına həsr olunub. Elpress.az Azərtac […]

Batut və tamblinq çempionları bəlli oldu

Aysel Əlibəyli 10 İyun 2026 · 21:27 1102 baxış Milli Gimnastika Arenasında batut gimnastikası üzrə 10-cu, tamblinq üzrə isə 22-ci ölkə çempionatı uğurla yekunlaşıb. Yarışda Bakı Gimnastika Məktəbi və “Ocaq Sport” Klubunu təmsil edən təxminən […]

Avropa Liqasında yarımfinal oyunları start götürür

Elşən 30 Aprel 2026 · 11:47 1099 baxış UEFA Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları bu gün start götürür. Elpress.az xəbər verir ki, Portuqaliya təmsilçisi Braqa doğma meydanda Almaniyanın Frayburq klubunu qəbul edəcək. Digər qarşılaşmada […]