--:--:-- | 25 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Moskva–Bakı “Natra” və “Zirkon” gəmisi hücumu ilə bağlı əlaqədədir – Zaxarova

Aysel Əlibəyli 05 İyun 2026 · 15:50 1214 baxış

Beliz və Palau bayrağı altında üzən, Türkiyədən Rostov-na-Donu istiqamətində hərəkət edən “Natra” və “Zirkon” adlı gəmilər iyunun 5-i səhər saatlarında Azov dənizində hücuma məruz qalıb.

Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bildirib ki, Azov dənizində “Natra” və “Zirkon” gəmilərinə edilən hücumla bağlı araşdırmalar aparılır və bu barədə Moskva ilə Bakı arasında əlaqə saxlanılır.Onun sözlərinə görə, hadisə nəticəsində ölən və yaralananlar arasında Azərbaycan vətəndaşları da var. Yaralı dənizçilərə Rusiya gəmisi və FTX-nin sərhəd xidməti tərəfindən ilkin yardım göstərilib.Zaxarova həyatını itirənlər üçün başsağlığı verib, yaralıların tezliklə sağalmasını arzulayıb və insidentin bütün detalları ilə araşdırıldığını vurğulayıb.O əlavə edib ki, ilkin məlumatlar gəmilərə Ukrayna dronları tərəfindən hücum edildiyini göstərir və Rusiya tərəfi həm Azərbaycan XİN, həm də Bakıdakı səfirliklə sıx təmasdadır. Moskva hadisənin aydınlaşdırılması və Azərbaycan vətəndaşlarının konsulluq dəstəyi ilə bağlı əməkdaşlığa hazırdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Ukraynada yaşayan azərbaycanlıların problemləri Ali Radada müzakirəyə çıxarılıb.

Next Article

Rumıniyada liman ərazisində PUA insidenti qeydə alınıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Rumıniya qırıcılarını havaya qaldırdı

Aysel Əlibəyli 27 İyul 2026 · 11:55 1088 baxış Naməlum hava hədəfinə görə Rumıniya F-16 qırıcılarını havaya qaldırdı Elpress.az xəbər verir ki, Rumıniya hava məkanında aşkarlanan naməlum hava hədəfinə görə F-16 qırıcılarını havaya qaldırıb. Hədəf […]

İranda daha bir məhbusun edam hökmü icra olundu

Aysel Əlibəyli 27 İyun 2026 · 20:34 1160 baxış İranda ölüm cəzasına məhkum edilən şəxs edam edildi İranda daha bir məhbusun edam hökmü icra olunub. Məlumata görə, Semnan həbsxanasında qətl ittihamı ilə ölüm cəzasına məhkum […]

Pakistanda terror hücumu: ölən və yaralananlar var

Aysel Əlibəyli 12 İyun 2026 · 16:32 1152 baxış Pakistanın şimal-qərbində törədilən terror aktı insan tələfatı və yaralanmalarla nəticələnib. Elpress.az xarici mediaya istinadən xəbər verir ki, Xayber Paxtunxva əyalətində kamikadze terrorçu məscidin yaxınlığında üzərindəki partlayıcı […]