--:--:-- | 10 İyun 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Yer orbitində 33 mindən çox obyekt hərəkət edir

Aysel Əlibəyli 01 İyun 2026 · 22:02 32 baxış

Yerətrafı məkan antropogen çirklənmənin ən sürətlə artdığı sahələrdən biri olaraq qalır. “Space-Track” və ABŞ Kosmik Müşahidə Şəbəkəsinin məlumatına görə, hazırda Yer orbitində 33 min 269 obyekt izlənilir ki, onların 12 min 550-si kosmik tullantı hesab olunur.

Elpress.az-ın xarici mediaya istinadən yaydığı məlumata görə, orbitdəki süni obyektlərin ümumi kütləsi 15,8 min tonu ötür. Bu obyektlərin əksəriyyəti saatda 28 min kilometrə çatan sürətlə hərəkət etdiyindən, hətta kiçik fraqmentlər belə peyklər və digər kosmik aparatlara ciddi zərər vura bilər.May ayının statistikasına əsasən, fəaliyyətdə olan hər on peykə təxminən yeddi tullantı obyekti düşür. Orbitdəki obyektlərin 17,7 minə yaxını peyk və faydalı yüklərdən ibarət olduğu halda, qalan hissəsini raket qalıqları, istismardan çıxmış aparatlar və müxtəlif toqquşmalar nəticəsində yaranan fraqmentlər təşkil edir.Mütəxəssislər “Kessler sindromu” təhlükəsinə də diqqət çəkirlər. Bu ssenaridə obyektlərin toqquşması yeni qalıqlar yaradır və nəticədə orbitin çirklənməsi zəncirvari şəkildə artır.Kosmik tullantıların ən böyük mənbələri kimi 2007-ci ildə Çinin peykəleyhinə silah sınağı və 2009-cu ildə “Iridium 33” peyki ilə Rusiyanın “Kosmos-2251” aparatının toqquşması göstərilir.Alimlər bildirirlər ki, problem yalnız peyk rabitəsi, naviqasiya və kosmik uçuşlar üçün deyil, həm də ekologiya baxımından risk yaradır. Atmosferə daxil olaraq yanan obyektlərdən ayrılan alüminium, mis, litium və digər materiallar atmosferin yuxarı qatlarında gedən proseslərə və ozon təbəqəsinə təsir göstərə bilər.Problemin həlli üçün müxtəlif texnologiyalar üzərində iş aparılır. Avropa Kosmik Agentliyi 2029-cu ildə iri kosmik tullantı obyektinin orbitdən çıxarılmasını hədəfləyən “ClearSpace-1” missiyasını həyata keçirməyi planlaşdırır. Bununla yanaşı, maqnit sistemləri, elektrodinamik troslar, harpunlar, əyləc yelkənləri və lazer texnologiyaları da sınaq mərhələsindədir.Ekspertlərin fikrincə, rabitə, naviqasiya, iqlim monitorinqi və Yerin məsafədən müşahidəsi sistemlərinin gələcəyi üçün Yerətrafı məkanın qorunması böyük əhəmiyyət daşıyır. Onlar xəbərdarlıq edirlər ki, kosmik tullantıların artımı nəzarətdə saxlanılmasa, bəzi orbitlər gələcəkdə istifadəyə yararsız vəziyyətə düşə bilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bayramov ABŞ-la iqtisadi və enerji əməkdaşlığını müzakirə etdi

Next Article

Türkiyədən 16 dəqiqəyə 2 qol

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Türkiyə Yaponiya ilə müdafiə əməkdaşlığını genişləndirmək istəyir.

Aysel Əlibəyli 30 May 2026 · 17:04 80 baxış Türkiyə və Yaponiya arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın dərinləşdirilməsi planlaşdırılır. Elpress.az-ın Apa.az-a istinadən verdiyi məlumata əsasən, Türkiyənin xarici işlər naziri Hakan Fidan Yaponiyanın “Nikkei Asia” nəşrinə […]

Benjamin Netanyahu: “İran nüvə silahına sahib olmayacaq”

Aysel Əlibəyli 08 İyun 2026 · 19:49 18 baxış “İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəyimə yenidən söz verirəm.” Benjamin Netanyahu İranla artan gərginlik fonunda çıxış edərək bildirib ki, İranın nüvə silahı əldə etməsinə qətiyyən […]

Küveyt Hava Limanı yenidən uçuşlara açıldı

Aysel Əlibəyli 06 İyun 2026 · 13:54 78 baxış Raket hücumlarından sonra dayandırılan Küveyt Beynəlxalq Hava Limanında uçuşlar yenidən bərpa olunub Raket hücumları və regional gərginlikdən sonra müvəqqəti bağlanan Küveyt Beynəlxalq Hava Limanında aeronaviqasiya fəaliyyəti […]