--:--:-- | 13 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Yəməndə şiddətli döyüşlər: 700 husi öldürülüb

Aysel Əlibəyli 04 Oktyabr 2026 · 14:02 1066 baxış

Yəməndə ordu qüvvələri ilə husilər arasında qarşıdurmalar yenidən şiddətlənib. Hərbçilər husilərin mövqelərinə və istifadə etdikləri hərəkət marşrutlarına genişmiqyaslı zərbələr endirib.

Elpress.az xəbər verir ki, Yəmən ordusunun açıqlamasına əsasən, həyata keçirilən əməliyyatlar zamanı 700-ə yaxın husi öldürülüb.

Məlumata görə, ümumilikdə 257 zərbə endirilib. Hücumların Səna, Midi və Baqimlə yanaşı, Əl-Cəvf, Marib, Əl-Beyda və Lahic ərazilərindəki mövqelərə istiqamətləndirildiyi bildirilib. Ən intensiv qarşıdurmaların isə Taiz şəhəri ətrafında baş verdiyi qeyd olunub.

Əməliyyatlarda hərbi aviasiya və pilotsuz uçuş aparatlarından istifadə olunub. Bundan başqa, artilleriya, raketlər və reaktiv yaylım atəşi sistemlərinin də tətbiq edildiyi açıqlanıb.

Yəmən ordusunun sözçüsü Məcid Abdullah ən-Nəzili 170 döyüş maşını və digər ağır hərbi texnikanın məhv edildiyini bildirib.

Taiz ətrafında döyüşlərin hələ də davam etdiyi bildirilir. Qarşıdurmaların intensivləşməsi nəticəsində bölgədə yaşayan çoxsaylı sakinlər ərazini tərk etmək məcburiyyətində qalıb. Hücumlar zamanı mülki şəxslər arasında da ölənlərin olduğu barədə məlumat yayılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

“Kitabi-Dədə Qorqud” dünya eposları ilə bir müstəvidə müzakirə olunub

Next Article

Sabahın hava proqnozu: bəzi ərazilərə yağış düşəcək

Bəlkə də, sizin üçün maraqlı olar ...;

2029-cu ildə nəhəng asteroid Yerə yaxınlaşacaq

Aysel Əlibəyli 05 Avqust 2026 · 14:29 1074 baxış Yerə doğru gələn “Apophis” asteroidi: 2029-cu ildə rekord yaxınlaşma baş verəcək Elpress.az xəbər verir ki, 2029-cu ilin aprel ayında nəhəng “99942 Apophis” asteroidi Yer kürəsinin cəmi […]

Livanda PUA hücumu: General öldü

Aysel Əlibəyli 06 İyun 2026 · 13:42 1150 baxış PUA zərbəsi Livanın iki hərbçisinin ölümünə gətirib çıxardı Livanın cənubunda yerləşən Xardəli-Nəbatiyyə magistralında hərəkətdə olan hərbi avtomobilə pilotsuz uçuş aparatı ilə endirilən zərbə nəticəsində Livan Ordusunun […]