--:--:-- | 22 Oktyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Türkiyədə “Ağıllı Şəhərlər Fəaliyyət Planı” qüvvəyə minib

Aysel Əlibəyli 19 Sentyabr 2026 · 15:03 1084 baxış

2030-cu ilədək 50-dən çox ağıllı şəhər tətbiqinin həyata keçirilməsi planlaşdırılır

Elpress.az xəbər verir ki, Türkiyədə Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi tərəfindən hazırlanan “2030-cu il Milli Ağıllı Şəhərlər Strategiyası və Fəaliyyət Planı” rəsmi şəkildə qüvvəyə minib.Beşillik yol xəritəsini müəyyən edən sənəddə şəhər idarəçiliyi, nəqliyyat, tullantıların idarə olunması, iqlim dəyişikliyi və fəlakətlərin idarə edilməsi istiqamətlərində ən azı 50 ağıllı şəhər tətbiqinin reallaşdırılması nəzərdə tutulur. Strategiyada 4 əsas məqsəd, 8 hədəf, 32 fəaliyyət istiqaməti və 297 icra mərhələsi müəyyənləşdirilib.Plana əsasən, 2026-cı ilin sonunadək Türkiyənin 81 vilayətində ağıllı şəhər strategiyalarının hazırlanması və bələdiyyələrdə bununla bağlı xüsusi bölmələrin yaradılması planlaşdırılır.2028-ci ilədək ən azı 50 ağıllı şəhər tətbiqinin istifadəyə verilməsi, 2029-cu ilədək isə bütün vilayətlərdə nəqliyyat, ətraf mühit və digər şəhər xidmətlərinin vahid mərkəzdən idarə olunmasına imkan verən “Rəqəmsal Şəhər İdarəetmə Mərkəzləri”nin yaradılması nəzərdə tutulur.Strategiyada 2030-cu ilədək ağıllı şəhər texnologiyalarında yerli istehsalın payının ən azı 80 faizə çatdırılması, 500 innovativ şirkətə dəstək verilməsi və “Ağıllı Şəhərlər haqqında” qanunun qüvvəyə minməsi də hədəflənir.Sənəddə texnoloji imkanlardan istifadə etməklə erkən xəbərdarlıq və böhranların idarə olunması sistemlərinin inkişaf etdirilməsi də nəzərdə tutulub.Bundan əlavə, yaşlı insanların, əlilliyi olan şəxslərin və rəqəmsal xidmətlərə çıxışı məhdud qrupların xidmətlərdən istifadəsinin asanlaşdırılması planlaşdırılır. Türkiyənin ağıllı şəhərlərin qurulması sahəsində əldə etdiyi təcrübənin Türk Dövlətləri Təşkilatına üzv ölkələr və digər yaxın region dövlətləri ilə paylaşılması da strategiyanın əsas istiqamətlərindəndir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Səhv AI hesabatı ABŞ ordusunu Çin gəmisi ilə bağlı əməliyyat hazırlamağa vadar edib

Next Article

Elçin Mirzəbəyli suverenlik və milli güc amilindən yazıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Putindən Ermənistana sərt xəbərdarlıq

Aysel Əlibəyli 29 May 2026 · 23:52 1134 baxış Rusiya Prezidenti Vladimir Putin açıqlayıb ki, İrəvan Avropa İttifaqına doğru addimlamaqda davam etsə, Moskva Ermənistanla iqtisadi inteqrasiyanı faktiki olaraq dayandıracaq. Elpress.az Milli.az-a istinadən xəbər verir ki, […]

ABŞ-də jurnalist Çinə casusluğa görə 2 il həbs cəzası alıb

Aysel Əlibəyli 02 Sentyabr 2026 · 17:10 1060 baxış Tomas Veyr Pauken Çin kəşfiyyatının tapşırıqlarını yerinə yetirdiyini etiraf edib Elpress.az xəbər verir ki, ABŞ-də jurnalist Tomas Veyr Pauken Çin xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməkdə […]

Britaniya Rusiyanın neft tankerini saxladı

Aysel Əlibəyli 14 İyun 2026 · 11:49 1116 baxış Britaniya La-Manşda Rusiyanın “kölgə donanması” tankerini saxladı Böyük Britaniyanın Kral Dəniz Piyadaları və Milli Cinayətkarlıqla Mübarizə Agentliyinin əməkdaşları La-Manş boğazında Rusiya ilə əlaqələndirilən “SMYRTOS” adlı neft […]

Haşim Taçi 25 il həbs cəzasına məhkum edilib

Aysel Əlibəyli 16 Sentyabr 2026 · 15:15 1068 baxış Kosovonun sabiq prezidenti qətl, işgəncə və qanunsuz həbslərdə təqsirli bilinib Elpress.az xəbər verir ki, Kosovo üzrə Haaqa Xüsusi Məhkəməsi ölkənin sabiq prezidenti Haşim Taçini müharibə cinayətləri […]