--:--:-- | 20 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

ABŞ-də jurnalist Çinə casusluğa görə 2 il həbs cəzası alıb

Aysel Əlibəyli 02 Sentyabr 2026 · 17:10 1056 baxış

Tomas Veyr Pauken Çin kəşfiyyatının tapşırıqlarını yerinə yetirdiyini etiraf edib

Elpress.az xəbər verir ki, ABŞ-də jurnalist Tomas Veyr Pauken Çin xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməkdə təqsirli bilinərək iki il müddətinə azadlıqdan məhrum edilib.ABŞ Ədliyyə Nazirliyinin məlumatına əsasən, Pauken Amerika vətəndaşlığından Çin Dövlət Təhlükəsizliyi Nazirliyinin fəaliyyətini dəstəkləmək, potensial agentlərin cəlb edilməsinə və məxfi məlumatların əldə olunmasına kömək etmək məqsədilə istifadə edib.ABŞ baş prokurorunun köməkçisi Con Eyzenberq bildirib ki, Pauken bu fəaliyyətinə görə pul alıb və ölkəsinə xəyanət edib.İyunun 5-də keçirilən məhkəmə prosesində Pauken xarici hökumətin agenti kimi fəaliyyət göstərdiyini və Çin kəşfiyyatının göstərişlərini yerinə yetirdiyini etiraf edib.Təxminən 15 il Çində yaşayan Pauken jurnalist kimi fəaliyyət göstərib. O, Tomas Makqreqor təxəllüsü ilə müxtəlif Çin media orqanlarında yazılar dərc etdirib və televiziya proqramlarında ekspert qismində çıxış edib.Federal Təhqiqatlar Bürosunun məlumatına görə, Pauken ən azı 2019-cu ildən 2026-cı ilədək Çin xüsusi xidmət orqanlarının, o cümlədən Çin Dövlət Təhlükəsizliyi Nazirliyinin müxtəlif tapşırıqlarını icra edib.Məlumata görə, jurnalist bu fəaliyyətinin qarşılığında Çin kəşfiyyatındakı kuratorundan ən azı 100 min dollar alıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

“Real”ın müdafiəçisi sərxoş halda avtomobil idarə edib

Next Article

Qısaldılmış iş vaxtının şamil olunduğu şəxslər açıqlanıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Atəşkəs rəsmiləşdi: “Hizbullah”dan açıqlama

Aysel Əlibəyli 02 İyun 2026 · 00:25 1150 baxış Livanın “Hizbullah” hərəkatı ABŞ-nin təşəbbüsü ilə irəli sürülən və İsraillə qarşılıqlı atəşkəsi nəzərdə tutan təklifə razılıq verdiyini açıqlayıb. Elpress.az Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, bunu hərəkatın […]

Küveytdə hava zərbələrinin fəsadları aradan qaldırılır

Aysel Əlibəyli 03 İyun 2026 · 11:32 1214 baxış Küveyt Beynəlxalq Hava Limanına edilən hücumun nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər görülür. Elpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, Küveytin Mülki Aviasiya Baş İdarəsi Küveyt Beynəlxalq Hava […]

Dünya neft bazarında eniş dalğası

Aysel Əlibəyli 13 İyun 2026 · 09:50 1122 baxış Londonun ICE birjasında aparılan ticarət əməliyyatları zamanı “Brent” markalı neft üzrə 2026-cı ilin avqust ayı üçün fyuçers müqavilələrinin qiyməti 3,37 faiz azalaraq bir barel üçün 87,33 […]