--:--:-- | 04 Noyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Səhv AI hesabatı ABŞ ordusunu Çin gəmisi ilə bağlı əməliyyat hazırlamağa vadar edib

Aysel Əlibəyli 19 Sentyabr 2026 · 15:00 1096 baxış

Süni intellektin yanlış təhlili Vaşinqtonla Pekin arasında hərbi gərginlik riski yaradıb

Elpress.az xəbər verir ki, Süni intellekt sisteminin hazırladığı yanlış kəşfiyyat məlumatı ABŞ ordusunun Yaxın Şərqdə hərəkət edən Çin gəmisinə qarşı mümkün əməliyyat üçün hazırlıq görməsinə səbəb olub.Məlumata görə, İranla müharibə zamanı ABŞ hərbçilərinə Çin gəmisinin nüvə silahı proqramında istifadə olunan komponentləri daşıdığı barədə kəşfiyyat hesabatı təqdim edilib. Bu məlumat orduda ciddi narahatlıq yaradıb və gəminin ələ keçirilməsi ilə bağlı hazırlıqlara başlanılıb.Əməliyyatın icrasından əvvəl aparılan əlavə yoxlama zamanı hesabatın ABŞ Xüsusi Əməliyyatlar Komandanlığının analitiki tərəfindən süni intellekt çat-botunun köməyi ilə hazırlandığı müəyyənləşib. AI sistemi gəminin yükü ilə bağlı məlumatları yanlış təhlil edərək səhv nəticəyə gəlib və həmin nəticə əsasında hazırlanmış hesabat hərbi strukturlar daxilində yayılıb.Mənbələrin bildirdiyinə görə, hesabatdakı məlumatlar tamamilə yanlış olub. ABŞ hərbçilərinin Çin gəmisinə qarşı əməliyyat keçirməsi iki ölkə arasında ciddi hərbi qarşıdurma riskini artıra bilərdi.Hadisə hərbi və kəşfiyyat fəaliyyətində süni intellektdən istifadə zamanı məlumatların insan tərəfindən yoxlanılmasının əhəmiyyətini və texnologiyanın yaratdığı mümkün riskləri yenidən gündəmə gətirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Prezident neft sənayesi işçilərini təltif edib

Next Article

Türkiyədə “Ağıllı Şəhərlər Fəaliyyət Planı” qüvvəyə minib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Husilər Səudiyyə Ərəbistanına hücum edib

Aysel Əlibəyli 08 Sentyabr 2026 · 16:37 1074 baxış Enerji obyektlərində yanğınlar baş verib, 73 nəfərin yaralandığı bildirilir Elpress.az xəbər verir ki, Yəməndə fəaliyyət göstərən husilər Səudiyyə Ərəbistanının cənubunda yerləşən bir sıra enerji və iqtisadi […]

Rosatom rəhbəri Ermənistana səfər edib

Aysel Əlibəyli 29 Sentyabr 2026 · 14:11 1088 baxış Aleksey Lixaçev Paşinyan və Qriqoryanla enerji məsələlərini müzakirə edəcək Elpress.az xəbər verir ki, “Rosatom”un baş direktoru Aleksey Lixaçev Ermənistana səfər edib. O, sentyabrın 28-də axşam saatlarında […]