--:--:-- | 13 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Suriyada faciəvi qəza: 35 nəfər həyatını itirdi

Aysel Əlibəyli 25 İyul 2026 · 17:59 1072 baxış

Suriyada iki avtobusun iştirakı ilə baş verən ağır yol-nəqliyyat hadisəsi çoxsaylı insan itkisi ilə nəticələnib.

Elpress.az xəbər verir ki, ölkənin paytaxtı Dəməşqi Deyr-əz-Zor vilayəti ilə birləşdirən magistral yolda mülki avtobusla Daxili İşlər Nazirliyinə məxsus avtobus toqquşub.İlkin məlumata görə, qəza nəticəsində azı 35 nəfər ölüb, çox sayda insan isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralıların xəstəxanalara çatdırılması və hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.Bildirilib ki, xilasetmə əməliyyatlarına yerüstü qüvvələrlə yanaşı, Suriya hərbi helikopterləri də cəlb olunub.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik rəsmi şəkildə açıqlanmayıb. Faktla bağlı araşdırma aparılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İan Peart vəfat edib

Next Article

Quba Təngəaltı yolunda TIR aşdı, kilometrlərlə tıxac yarandı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

ABŞ İsrailə İrana zərbə endirməməsi barədə xəbərdarlıq edib

Aysel Əlibəyli 28 Avqust 2026 · 19:51 1064 baxış Vaşinqton İsraili İranla bağlı birtərəfli hərbi addımdan çəkinməyə çağırıb Elpress.az xəbər verir ki, ABŞ administrasiyasının İsrailə İranla bağlı xəbərdarlıq etdiyi bildirilir.“Əl-Hədəs” telekanalının mənbələrə istinadən yaydığı məlumata […]

İran–İsrail gərginliyi: hava bazaları vuruldu

Aysel Əlibəyli 08 İyun 2026 · 19:34 1104 baxış İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) açıqlama yayaraq bildirib ki, İsrailə məxsus strateji əhəmiyyət daşıyan Nevatim və Tel Nof aviabazaları raket hücumlarının hədəfinə çevrilib və həmin […]

Konqo DR-də Ebola sürətlə yayılır: yoluxma 300-ü keçdi

Aysel Əlibəyli 02 İyun 2026 · 11:22 1191 baxış Konqo Demokratik Respublikasında təsdiqlənmiş Ebola virusu yoluxmalarının sayı 300-ü ötüb. Səhiyyə Nazirliyinin yaydığı son məlumatlara əsasən, ölüm halları artıq 48 nəfərə yüksəlib və vəziyyət ölkədə narahatlıq […]

Ermənistanda hərbçi partlayışda ölüb

Aysel Əlibəyli 24 Sentyabr 2026 · 14:31 1080 baxış Müqaviləli hərbi qulluqçu naməlum şəraitdə baş verən partlayış nəticəsində həyatını itirib Elpress.az xəbər verir ki, Ermənistanda müqaviləli hərbi qulluqçu partlayış nəticəsində həyatını itirib.Hadisə naməlum şəraitdə baş […]