--:--:-- | 21 Oktyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Alimlər qayalı ekzoplanetin atmosferini müəyyən etdilər

Aysel Əlibəyli 17 İyul 2026 · 16:11 1112 baxış

“LHS 1140 b” ekzoplanetində ilk dəfə atmosferin mövcudluğu təsdiqlənib

Elpress.az xəbər verir ki, Astronomlar ilk dəfə olaraq ulduzunun “yaşayış zonasında” (Qoldiloks zonası) yerləşən qayalı ekzoplanetdə atmosferin mövcudluğunu təsdiqləyiblər.Space.com portalının məlumatına görə, alimlər Yer kürəsindən 48 işıq ili uzaqlıqda yerləşən “LHS 1140 b” adlı qayalı ekzoplanetdə atmosfer aşkar ediblər. Bu, maye suyun mövcudluğu üçün əlverişli hesab edilən yaşayış zonasında yerləşən qayalı planetdə atmosferin müşahidə olunduğu ilk hadisə kimi qiymətləndirilir.Tədqiqatın aparıcı müəllifi Kollin Herubim bildirib ki, planetin atmosferində helium aşkarlanıb. Onun sözlərinə görə, bu, indiyədək qayalı ekzoplanetlərdə qeydə alınan ilk belə müşahidədir.Ekzoplanetin 2017-ci ildə kəşfində iştirak edən alim Ceyson Dittmann isə qeyd edib ki, planet təxminən on il əvvəl aşkar olunsa da, yalnız indi onun atmosferə malik olduğu elmi şəkildə təsdiqlənib.Tədqiqatçılar hesab edirlər ki, planetin atmosferi istixana effekti yaradacaq qədər qalındır və burada Yerə bənzər şəraitin, eləcə də maye suyun mövcudluğu üçün əlverişli mühitin olması ehtimalı yüksəkdir.Araşdırmanın nəticələri nüfuzlu “Science” elmi jurnalında dərc olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Dünya çempionatının final biletləri rekord qırdı

Next Article

Türk dünyasının gənc şairləri Ağdamda görüşdü

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Əlcəzair BƏƏ ilə diplomatik əlaqələri kəsib

Aysel Əlibəyli 10 Sentyabr 2026 · 15:20 1058 baxış Əlcəzair XİN qərarın ikitərəfli münasibətləri qorumaq üçün bütün imkanların tükənməsindən sonra verildiyini açıqlayıb Elpress.az xəbər verir ki, Əlcəzair Birləşmiş Ərəb Əmirlikləri ilə diplomatik münasibətlərin dayandırılması barədə […]

Tramp: İranla danışıqlar üçün tələsmir

Aysel Əlibəyli 26 Avqust 2026 · 17:24 1092 baxış ABŞ Prezidenti iqtisadi təzyiq və hərbi əməliyyatların effektiv olduğunu bildirib Elpress.az xəbər verir ki, İran müharibə nəticəsində ümumilikdə 4200 meqavat elektrik generasiya gücünü itirib.İranın energetika naziri […]

SEPAH: İran yeni silahlardan istifadə edə bilər

Aysel Əlibəyli 29 Sentyabr 2026 · 14:34 1078 baxış Hüseyn Mohebbi ölkənin yeni silahlar hazırladığını və mövcud arsenalını təkmilləşdirdiyini bildirib Elpress.az xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü Hüseyn Mohebbi münaqişənin xarakterinin […]

İranda sərt xətt ABŞ ilə razılaşmanı pozmağa cəhd edir

Aysel Əlibəyli 30 May 2026 · 17:36 1196 baxış İranda siyasi mübarizə davam edir, sərt xətt tərəfdarlarının kiçik, lakin səs-küylü bir qrupunun danışıqları pozmaq məqsədilə mitinqlərdən, dövlət mediasından, həmçinin müxtəlif özəl və ictimai bəyanatlardan fəal […]