--:--:-- | 23 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

NASA astronavtları Türkiyədə təlim keçdi

Aysel Əlibəyli 04 İyun 2026 · 14:15 1165 baxış

Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacırın açıqlamasına görə, MIYOKA layihəsi çərçivəsində NASA-nın 5 astronavtı əməliyyat hazırlıq mərhələsində “TÜBİTAK UZAY” mütəxəssislərinin birbaşa iştirakı ilə keçirilən təlimlərdə iştirak ediblər.

Nazir bildirib ki, Salda gölü aşağı işıq çirklənməsi və əlverişli atmosfer müşahidə imkanlarına görə astronomiya və kosmik elmi tədqiqatlar üçün mühüm potensiala malikdir və bu istiqamətdə TÜBİTAK tərəfindən Elm Mərkəzləri Proqramı çərçivəsində Burdurda genişmiqyaslı elm mərkəzinin yaradılması üzrə işlər davam etdirilir.Onun sözlərinə görə, Burdurda Salda gölü sahilində planlaşdırılan elm mərkəzi layihəsi çərçivəsində “TÜBİTAK UZAY” elm festivalı və seminar proqramlarında fəal iştirak edəcək, “Saldadan Marsa həyat izlərinin izlənməsi” devizi altında keçiriləcək tədbirdə isə gölün geoloji xüsusiyyətləri, Marsla oxşarlıqları və ekoloji qorunması müzakirə olunacaq.Kacır əlavə edib ki, NASA ilə birgə həyata keçirilən astronavt missiyası və “TÜBİTAK UZAY” tərəfindən icra olunan Türk Astronavt və Elm Missiyası çərçivəsində elmi təcrübələr aparılır, MIYOKA layihəsi üzrə isə NASA və Axiom Space ilə əməkdaşlıqla 5 astronavtın əməliyyat hazırlığı “TÜBİTAK UZAY” mütəxəssisləri tərəfindən həyata keçirilən təlimlərlə dəstəklənir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Şok qərar: Sadettin Saran 2 il 6 ay həbsə məhkum edildi ⚖️

Next Article

Cəlilabadda maşınlar toqquşdu, xəsarət alanlar var

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Belfastda iğtişaşlar: Türklərə məxsus obyektə hücum edildi

Aysel Əlibəyli 10 İyun 2026 · 18:36 1132 baxış Böyük Britaniyanın Şimali İrlandiya bölgəsinin paytaxtı Belfastda baş verən iğtişaşlar gündəmin əsas mövzularından birinə çevrilib. Elpress.az xəbər verir ki, şəhərin müxtəlif ərazilərində yaşanan qarşıdurmalar zamanı küçələrdə […]

Putin: BMT dünya nizamında mərkəzi rolunu saxlamalıdır

Aysel Əlibəyli 01 Sentyabr 2026 · 14:58 1068 baxış Rusiya Prezidenti BMT-nin beynəlxalq münasibətlərdə əsas mexanizm olaraq qalmasının vacibliyini vurğulayıb Elpress.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin BMT-nin gələcəkdə də dünya nizamında mərkəzi rolunu […]

Təbriz-İrəvan aviareysləri bərpa edilir

Aysel Əlibəyli 17 Avqust 2026 · 10:34 1066 baxış İkiillik fasilədən sonra Təbrizdən İrəvana həftədə iki uçuş həyata keçiriləcək Elpress.az xəbər verir ki, İranın Təbriz şəhəri ilə Ermənistanın paytaxtı İrəvan arasında hava əlaqəsinin iki illik […]