--:--:-- | 05 Noyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Cəlilabadda maşınlar toqquşdu, xəsarət alanlar var

Aysel Əlibəyli 04 İyun 2026 · 14:24 1222 baxış

Cəlilabad rayonunda baş verən yol-nəqliyyat hadisəsi xəsarətlə nəticələnib.

Elpress.az APA-ya istinadən xəbər verir ki, qəza köhnə Ələt-Astara magistralının rayonun Alar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.Məlumata görə, Biləsuvar istiqamətində hərəkət edən “Kia” markalı minik avtomobili eyni istiqamətdə hərəkətdə olan “Zil” markalı yük maşını ilə toqquşub. Zərbənin təsirindən yük avtomobili idarəetməni itirərək yol kənarına aşıb.İlkin məlumata əsasən, hadisə nəticəsində bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar təcili tibbi yardım vasitəsilə rayon mərkəzi xəstəxanasına çatdırılıblar.Bildirilir ki, “Kia” markalı avtomobildə olan şəxslər toy mərasiminə gedirmişlər.Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

NASA astronavtları Türkiyədə təlim keçdi

Next Article

Ronaldonun bazar dəyərində növbəti eniş

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bakıda sürücü sükan arxasında ölüb

Aysel Əlibəyli 23 Sentyabr 2026 · 13:08 1108 baxış Atatürk prospektində “Toyota Prius” piyadanı vurub, sürücünün ürəktutmadan öldüyü bildirilir Elpress.az xəbər verir ki, Bakının Atatürk prospektində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.Hadisə zamanı “Toyota Prius” […]

34 il əvvəl atasını öldürən şəxs saxlanılıb

Aysel Əlibəyli 01 Sentyabr 2026 · 15:30 1092 baxış Gədəbəydə 1992-ci ildə törədilən qətlin üstü açılıb Elpress.az xəbər verir ki, Gədəbəydə uzun illər əvvəl baş vermiş qətl hadisəsi yenidən araşdırılaraq açılıb. Cinayətin törədilməsindən 34 il […]

Biləsuvarda ağır qəza: ölən və yaralananlar var

Aysel Əlibəyli 17 Oktyabr 2026 · 14:49 1084 baxış Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunda baş verən qəza iki nəfərin həyatına son qoyub, daha üç nəfər xəsarət alıb. Elpress.az xəbər verir ki, hadisə yolun Səmədabad kəndindən keçən hissəsində […]