--:--:-- | 19 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Maduro həbsdən sonra çəkilən ilk fotosunun necə əldə edildiyini oğlu açıqladı

Aysel Əlibəyli 02 Sentyabr 2026 · 08:45 1068 baxış

Elpress.az xəbər verir ki, ABŞ-nin Venesuelaya hərbi müdaxiləsi zamanı saxlanılan ölkənin keçmiş prezidenti Nikolas Maduronun həbsdən sonra çəkilmiş ilk fotosunun ailəsinə necə çatdırıldığı məlum olub.
Məlumatı Maduronun oğlu Nikolas Maduro Querra “X” hesabında paylaşdığı açıqlamada verib. “Nikolassito” ləqəbi ilə tanınan Maduro Querra bildirib ki, sözügedən foto iyunun 25-də, Venesuelada baş verən iki güclü zəlzələdən bir gün sonra çəkilib.
Onun sözlərinə görə, həmin vaxt Maduro televiziyadan zəlzələnin yaratdığı fəsadları izləyib və hadisədən ciddi şəkildə narahat olub. Keçmiş prezident həmin gün ailəsi ilə telefon vasitəsilə bir neçə dəfə əlaqə saxlayaraq La Quaira və digər bölgələrdəki vəziyyətlə maraqlanıb.
Nikolasito qeyd edib ki, foto çəkilən zaman atası şəkil çəkdirmək üçün münasib əhvalda olmayıb. Lakin fotoqrafın təkidindən sonra Maduro görüntünün gələcəkdə onun vəziyyətinin yaxşı, həmçinin güclü və dözümlü olduğunu göstərməsinə xidmət edə biləcəyini düşünərək foto çəkdirməyə razılıq verib.
Maduro Querra bildirib ki, fotoqrafa görüntünün iki çap olunmuş nüsxəsi təqdim edilib. Həmin nüsxələr iyulun 13-də poçt vasitəsilə göndərilib və avqustun 25-də ABŞ-də yaşayan ailə üzvlərinə çatıb.
Ailənin fotonun ictimaiyyətə necə təqdim olunacağını müzakirə etdiyini deyən Nikolasito sonradan atasından foto ilə birlikdə yayımlanması üçün mesaj hazırlamasını istəyiblər. Onun sözlərinə görə, Maduro avqustun 28-də telefon danışığı zamanı həmin mesajı diktə edib və foto avqustun 30-da ictimaiyyətə təqdim olunub.
Maduro Querra həm atasının, həm də anası Siliya Floresin azadlığa buraxılması üçün mübarizəni davam etdirəcəklərini bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Next Article

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən qəza baş verib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Ukrayna Silahlı Qüvvələrində azərbaycanlı rəis müavini təyin olundu

Aysel Əlibəyli 04 İyun 2026 · 16:13 1194 baxış Azərbaycan əsilli Gündüz Məmmədov Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hüquq-Mühafizə Xidmətində rəis müavini vəzifəsinə təyin olunub. Bu təyinatla o, qurumun hüquq-mühafizə sahəsində fəaliyyətinin daha da gücləndirilməsində mühüm […]

Ukraynada hərbi qırıcı qəzaya uğradı

Aysel Əlibəyli 27 İyun 2026 · 16:49 1168 baxış Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 qırıcı təyyarəsi iyunun 27-nə keçən gecə Poltava vilayəti ərazisində qəzaya uğrayıb. Elpress.az xəbər verir ki, Məlumata görə, döyüş tapşırığını yerinə […]