--:--:-- | 13 İyun 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Litva nazirinin və ailə üzvlərinin şəxsi məlumatları oğurlanıb.

Aysel Əlibəyli 30 May 2026 · 18:30 92 baxış

Litvanın Qeydiyyat Mərkəzinin sistemindən xarici işlər naziri Kyastutis Budris və onun ailə üzvlərinə aid şəxsi məlumatların oğurlandığı bildirilir.

Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən, Nazir bu barədə açıqlama verərək bildirib ki, sızan məlumatlar dövlət reyestrlərində saxlanılan şəxsi informasiyalardır. Hazırda Litva Baş Prokurorluğu daşınmaz əmlak reyestrindən 600 mindən çox qeydiyyat məlumatının, o cümlədən şəxsi identifikasiya kodlarının qanunsuz əldə olunması ehtimalını araşdırır.Kyastutis Budris qeyd edib ki, oğurlanmış məlumatların ölkəyə qarşı fəaliyyət göstərən qüvvələrin əlinə keçməsi ciddi narahatlıq yaradır.Məlumat sızmasından zərər görənlər sırasında Litva Prezidenti Gitanas Nausėda da yer alır. Prezident daha əvvəl bu hadisəni düşmən dövlətlərin mümkün fəaliyyəti kimi dəyərləndirmişdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycanın ən savadlı və ən az təhsil göstəricisinə malik rayonları

Next Article

İyun ayında izləniləcək ən yaxşı 10 serial

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Oman körfəzində tankerə ABŞ zərbəsi

Aysel Əlibəyli 10 İyun 2026 · 22:02 26 baxış ABŞ Oman körfəzində Palau bayrağı altında üzən “Settebello” tankerini hədəfə alıb. ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) sosial media hesabında yayılan məlumatda bildirilib ki, ardıcıl ikinci gün İrandan […]

Küveyt Hava Limanı yenidən uçuşlara açıldı

Aysel Əlibəyli 06 İyun 2026 · 13:54 84 baxış Raket hücumlarından sonra dayandırılan Küveyt Beynəlxalq Hava Limanında uçuşlar yenidən bərpa olunub Raket hücumları və regional gərginlikdən sonra müvəqqəti bağlanan Küveyt Beynəlxalq Hava Limanında aeronaviqasiya fəaliyyəti […]

İyun ayında izləniləcək ən yaxşı 10 serial

Aysel Əlibəyli 30 May 2026 · 18:37 48 baxış Bu ilin iyun ayında ekranlara çıxan və ya izlənilməsi tövsiyə olunan ən yaxşı 10 televiziya serialı arasında müxtəlif janrlarda diqqətçəkən layihələr yer alır. Siyahıya klassik triller […]