--:--:-- | 25 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Yer orbitində 33 mindən çox obyekt hərəkət edir

Aysel Əlibəyli 01 İyun 2026 · 22:02 1162 baxış

Yerətrafı məkan antropogen çirklənmənin ən sürətlə artdığı sahələrdən biri olaraq qalır. “Space-Track” və ABŞ Kosmik Müşahidə Şəbəkəsinin məlumatına görə, hazırda Yer orbitində 33 min 269 obyekt izlənilir ki, onların 12 min 550-si kosmik tullantı hesab olunur.

Elpress.az-ın xarici mediaya istinadən yaydığı məlumata görə, orbitdəki süni obyektlərin ümumi kütləsi 15,8 min tonu ötür. Bu obyektlərin əksəriyyəti saatda 28 min kilometrə çatan sürətlə hərəkət etdiyindən, hətta kiçik fraqmentlər belə peyklər və digər kosmik aparatlara ciddi zərər vura bilər.May ayının statistikasına əsasən, fəaliyyətdə olan hər on peykə təxminən yeddi tullantı obyekti düşür. Orbitdəki obyektlərin 17,7 minə yaxını peyk və faydalı yüklərdən ibarət olduğu halda, qalan hissəsini raket qalıqları, istismardan çıxmış aparatlar və müxtəlif toqquşmalar nəticəsində yaranan fraqmentlər təşkil edir.Mütəxəssislər “Kessler sindromu” təhlükəsinə də diqqət çəkirlər. Bu ssenaridə obyektlərin toqquşması yeni qalıqlar yaradır və nəticədə orbitin çirklənməsi zəncirvari şəkildə artır.Kosmik tullantıların ən böyük mənbələri kimi 2007-ci ildə Çinin peykəleyhinə silah sınağı və 2009-cu ildə “Iridium 33” peyki ilə Rusiyanın “Kosmos-2251” aparatının toqquşması göstərilir.Alimlər bildirirlər ki, problem yalnız peyk rabitəsi, naviqasiya və kosmik uçuşlar üçün deyil, həm də ekologiya baxımından risk yaradır. Atmosferə daxil olaraq yanan obyektlərdən ayrılan alüminium, mis, litium və digər materiallar atmosferin yuxarı qatlarında gedən proseslərə və ozon təbəqəsinə təsir göstərə bilər.Problemin həlli üçün müxtəlif texnologiyalar üzərində iş aparılır. Avropa Kosmik Agentliyi 2029-cu ildə iri kosmik tullantı obyektinin orbitdən çıxarılmasını hədəfləyən “ClearSpace-1” missiyasını həyata keçirməyi planlaşdırır. Bununla yanaşı, maqnit sistemləri, elektrodinamik troslar, harpunlar, əyləc yelkənləri və lazer texnologiyaları da sınaq mərhələsindədir.Ekspertlərin fikrincə, rabitə, naviqasiya, iqlim monitorinqi və Yerin məsafədən müşahidəsi sistemlərinin gələcəyi üçün Yerətrafı məkanın qorunması böyük əhəmiyyət daşıyır. Onlar xəbərdarlıq edirlər ki, kosmik tullantıların artımı nəzarətdə saxlanılmasa, bəzi orbitlər gələcəkdə istifadəyə yararsız vəziyyətə düşə bilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bayramov ABŞ-la iqtisadi və enerji əməkdaşlığını müzakirə etdi

Next Article

Türkiyədən 16 dəqiqəyə 2 qol

Bəlkə də, sizin üçün maraqlı olar ...;

CENTCOM SEPAH-ın iddiasını təkzib etdi

Aysel Əlibəyli 31 Avqust 2026 · 17:39 1060 baxış ABŞ Mərkəzi Komandanlığı: Hörmüz boğazında heç bir gəmi minaya düşməyib Elpress.az xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazının cənub hissəsində supertankerin minaya düşması ilə […]

Gürcüstanın bir çox bölgəsində elektrik enerjisi kəsildi

Aysel Əlibəyli 24 İyul 2026 · 02:56 1080 baxış Gürcüstanın müxtəlif şəhər və rayonlarında genişmiqyaslı elektrik enerjisi kəsintisi qeydə alınıb. Elpress.az xəbər verir ki, hadisə nəticəsində paytaxt Tbilisi ilə yanaşı Rustavi, Batumi və digər iri […]

Hörmüz boğazında tankerə dron zərbəsi endirilib

Aysel Əlibəyli 14 Avqust 2026 · 12:52 1060 baxış Hörmüz boğazından çıxan tanker dron hücumuna məruz qalıb Elpress.az xəbər verir ki, Hörmüz boğazında daha bir neft tankerinin dronla hədəfə alındığı bildirilir.Birləşmiş Krallığın Dəniz Ticarəti Əməliyyatlarının […]

Bakıda gənclərin iqlim fəaliyyətində rolu müzakirə edilib

Aysel Əlibəyli 08 Sentyabr 2026 · 16:16 1064 baxış İqlim Forumunda gənclərin qərarvermə proseslərinə daha fəal cəlb olunmasının vacibliyi vurğulanıb Elpress.az xəbər verir ki, Bakı İqlim Həftəsi çərçivəsində keçirilən “Youth-led Climate Forum”da gənclərin iqlim dəyişikliyi […]