--:--:-- | 22 Oktyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

İspan diplomat İsrail XİN-ə çağırılıb

Aysel Əlibəyli 28 Sentyabr 2026 · 14:44 1096 baxış

Madrid rəsmisinin Fələstinlə bağlı açıqlaması diplomatik narazılığa səbəb olub

Elpress.az xəbər verir ki, İspaniyanın müvəqqəti işlər vəkili Fransiska Pedros İsrail Xarici İşlər Nazirliyinə çağırılıb.İsrail XİN-in məlumatına görə, Pedros Siyasi-Strategiya Məsələləri İdarəsinin rəhbəri Gilad Koen tərəfindən qəbul edilib və ona diplomatik irad bildirilib.Buna səbəb İspaniyanın gənclər naziri Sira Reqonun sentyabrın 24-də İspaniya cəmiyyətinin “çaydan dənizə qədər azad Fələstin” mövqeyini dəstəklədiyini bildirməsi olub.İsrail Xarici İşlər Nazirliyi Reqonun açıqlamasını İspaniya hökumətinin və Baş nazir Pedro Sançesin İsrailə qarşı siyasətinin tərkib hissəsi kimi qiymətləndirib.Qeyd edək ki, Sira Reqo daha əvvəl də İsrailin Qəzzadakı siyasətini tənqid edib və Fələstin dövlətinin tanınmasını dəstəkləyən açıqlamalar verib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycan və Türkiyə gömrük əməkdaşlığını genişləndirir

Next Article

Aİ Tatarıstan rəhbərinə qarşı sanksiya tətbiq edib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

ABŞ ordusu İranda yeni əməliyyata başladı

Aysel Əlibəyli 14 İyul 2026 · 23:22 1084 baxış ABŞ qüvvələri İran ərazisində növbəti hərbi əməliyyata başlayıb. Elpress.az xəbər verir ki, bu barədə ABC News ABŞ administrasiyasındakı adının açıqlanmasını istəməyən rəsmiyə istinadən məlumat yayıb. Mənbənin […]