--:--:-- | 05 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

İran ABŞ-ın yeddi günlük planla bağlı cavabını alıb

Aysel Əlibəyli 30 Sentyabr 2026 · 13:14 1056 baxış

Abbas Əraqçi Vaşinqtonun mövqeyini Tehranda müzakirə edəcək

Elpress.az xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-ın Tehran və Vaşinqton arasında etimadın yaradılmasına yönəlmiş yeddi günlük planla bağlı cavabını alıb.Məlumata görə, cavab Əraqçiyə Dohada Qətərin vasitəçiliyi ilə təqdim olunub. İran xarici işlər nazirinin ABŞ-ın mövqeyini sentyabrın 30-da Tehranda müzakirə edəcəyi gözlənilir.Danışıqlardan xəbərdar olan rəsminin bildirdiyinə görə, tərəflər arasında yayılan sənəddə iyun ayında İran və ABŞ arasında razılaşdırılmış anlaşma memorandumunun daha geniş variantına qayıtmaq məqsədilə yeddi günlük etimad mərhələsinin yaradılması nəzərdə tutulur.Sənəddə İranın nüvə proqramı ilə bağlı konkret addımların da yer aldığı bildirilir. Tərəflər arasında əsas fikir ayrılığının planın məzmunundan deyil, nəzərdə tutulan tədbirlərin hansı ardıcıllıqla həyata keçirilməsindən qaynaqlandığı qeyd olunub.Qeyd edək ki, İran ötən həftə ABŞ-a yeddi günlük təklif təqdim edib. ABŞ Prezidenti Donald Tramp daha sonra təklifi rədd edib. Bundan sonra Qətərin vasitəçilik səyləri davam etdirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Milli Məclis: Şəhidlərin qəhrəmanlığı xalqımızın yaddaşında əbədi yaşayacaq

Next Article

“Qolani” briqadası Livanın cənubundan çıxarılıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Zelenski ağır qış xəbərdarlığı etdi

Aysel Əlibəyli 27 İyul 2026 · 12:29 1070 baxış Zelenski ukraynalıları qarşıdan gələn ağır qışa hazırlaşmağa çağırıb Elpress.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski ölkə vətəndaşlarını qarşıdan gələn qışın çox ağır keçə biləcəyi ilə […]

Zədələnmiş tanker Samsun sahillərində saya oturdu

Aysel Əlibəyli 30 Avqust 2026 · 19:15 1060 baxış Qara dənizdə PUA hücumuna məruz qalaraq zədələnən tanker Türkiyənin Samsun vilayətində sahilə çıxıb. Elpress.az xəbər verir ki, Honqkonq bayrağı altında üzən “M/T Golden Sapling” tankeri Türkiyə […]