--:--:-- | 31 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Hindistan viza şərtlərini sərtləşdirdi

Aysel Əlibəyli 02 İyun 2026 · 11:49 1263 baxış

Hindistan hökumətindən viza qaydalarına sərtləşdirici dəyişiklik

Elspress.az-ın məlumatına əsasən, Hindistan Daxili İşlər Nazirliyi ölkədə viza qaydalarına yeni sərtləşdirilmiş dəyişikliklər tətbiq edib. Bildirilib ki, 180 gündən artıq ölkədə qalmaq istəyən əcnəbilərə bu imkan yalnız “müstəsna hallar” çərçivəsində və xüsusi icazə əsasında veriləcək.Yeni qaydalara əsasən, 180 gün və ya daha qısa müddətli viza ilə Hindistana daxil olan şəxslər qalma müddətini uzatmaq istədikdə, viza müddəti bitməmişdən əvvəl mütləq şəkildə müvafiq qeydiyyat prosedurunu tamamlamalıdırlar. Əvvəlki qaydalarla müqayisədə isə daha sərt yanaşma tətbiq edilib — belə ki, əvvəllər uzadılma müraciətləri viza müddəti bitdikdən sonra 14 gün ərzində də qəbul olunurdu.Qaydaların ən diqqətçəkən məqamı isə “müstəsna hallar” anlayışının dəqiq izahının verilməməsidir ki, bu da tətbiq prosesində daha sərt və selektiv qərarların qəbul olunacağı ehtimalını artırır.Rəsmi açıqlamaya görə, bu dəyişikliklərin əsas məqsədi ölkədə xarici vətəndaşların qeydiyyat sistemini gücləndirmək, miqrasiya nəzarətini təkmilləşdirmək və ümumi təhlükəsizlik prosedurlarını daha effektiv idarə etməkdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycan–Qırğızıstan iş birliyində yeni mərhələ

Next Article

Qızıl zirvədədir: qeyri-neft ixracının əsas məhsulları məlum oldu

Bəlkə də, sizin üçün maraqlı olar ...;

ABŞ Avropadakı 25 min hərbçisini geri çəkməyi planlaşdırır

Aysel Əlibəyli 18 Sentyabr 2026 · 12:41 1104 baxış Vaşinqton Avropadakı hərbi kontingenti 40 min nəfərədək azaltma variantını da nəzərdən keçirir Elpress.az xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin Avropadakı hərbi qüvvələrin sayının azaldılması ilə bağlı […]

Zaporojye AES-də yanacaq ehtiyatı ilə bağlı xəbərdarlıq

Aysel Əlibəyli 30 Avqust 2026 · 12:35 1082 baxış Zaporojye Atom Elektrik Stansiyası bir həftədən çoxdur xarici enerji təchizatından məhrumdur Elpress.az xəbər verir ki, Ukraynadakı Zaporojye Atom Elektrik Stansiyasında enerji təchizatı ilə bağlı vəziyyət narahatlıq […]

İranla əlaqəli hakerlər Britaniyada elektrik stansiyasına hücum edib

Aysel Əlibəyli 23 Avqust 2026 · 16:00 1118 baxış Kiberhücum nəticəsində elektrik stansiyasının fəaliyyəti dörd gün dayanıb Elpress.az xəbər verir ki, İranla əlaqəli olduğu bildirilən hakerlər Böyük Britaniyada elektrik stansiyalarından birinə kiberhücum həyata keçirib. Hücum […]