--:--:-- | 31 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

“Turan Tovuz”dan liderə ciddi zərbə: “Sabah” məğlub oldu

Aysel Əlibəyli 30 Oktyabr 2026 · 22:49 1014 baxış

Misli Premyer Liqasının X turunda “Turan Tovuz” doğma meydanda “Sabah” üzərində qələbə qazanıb.

Elpress.az xəbər verir ki, Tovuz şəhər stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 3:2 hesablı üstünlüyü ilə başa çatıb.

Oyunun 28-ci dəqiqəsində Enrike Silva hesabı açıb. Cəmi iki dəqiqə sonra Jorlem Santos fərqi artırıb, 37-ci dəqiqədə isə dubl edərək “Turan Tovuz”un üstünlüyünü üç topa çatdırıb.

“Sabah” ikinci hissədə hesab arasındakı fərqi azaltmağa çalışıb. Coy Lens Mikels 70-ci, Ksander Severina isə 87-ci dəqiqədə fərqlənsə də, qonaqlar məğlubiyyətdən qaça bilməyiblər.

Bu nəticədən sonra ehtiyatda bir oyunu olan “Sabah” 20 xalla turnir cədvəlinin lideridir. “Turan Tovuz” isə 10 oyundan topladığı 18 xalla dördüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, X tura noyabrın 2-də yekun vurulacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bakı-Xırdalan qatarında texniki problem: sərnişinlərin halı pisləşdi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bilyard üzrə Avropa yarışları Bakıda keçiriləcək

Aysel Əlibəyli 02 İyun 2026 · 16:58 1281 baxış Azərbaycan cari ildə bilyard üzrə iki nüfuzlu beynəlxalq turnirə ev sahibliyi etməyə hazırlaşır. Azərbaycan Bilyard Federasiyasından bildirilib ki, sərbəst piramida növü üzrə Avropa Kuboku və Avropa […]

“Qarabağ” braziliyalı yarımmüdafiəçini heyətinə qatıb

Aysel Əlibəyli 30 Avqust 2026 · 12:40 1086 baxış Ağdam klubu Dieqo Rosanı APOEL-dən birillik icarə əsasında transfer edib Elpress.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirib.Ağdam təmsilçisi Kiprin APOEL klubu […]

Messi göz yaşlarının səbəbini açıqlayıb

Aysel Əlibəyli 25 İyul 2026 · 14:09 1100 baxış Lionel Messi matçdan sonra niyə ağladığını açıqlayaraq buraxdığı penaltiyə görə özünü günahkar hiss etdiyini bildirib. Elpress.az xəbər verir ki, Argentina millisinin kapitanı Lionel Messi matçdan sonra […]

Sənan Süleymanov dünya çempionatında qızıl medal qazandı

Aysel Əlibəyli 25 Oktyabr 2026 · 21:56 1066 baxış Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Elpress.az xəbər verir ki, 77 kiloqram çəki dərəcəsində mübarizə […]