--:--:-- | 04 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

ABŞ və İran Dohada dolayı danışıqlar keçirəcək

Aysel Əlibəyli 01 İyul 2026 · 12:49 1100 baxış

Vaşinqton və Tehran arasında yeni təmas: Qətərdə texniki müzakirələr başlayır

Elpress.az-ın məlumatına əsasən, ABŞ və İran rəsmiləri arasında yeni diplomatik təmaslar keçiriləcək. Tərəflər Qətərin paytaxtı Dohada texniki məsələlərlə bağlı dolayı danışıqlar aparacaq.Məlumata görə, görüşlər birbaşa formatda deyil, vasitəçilərin iştirakı ilə baş tutacaq. Danışıqlarda Qətər və Pakistan nümayəndələrinin vasitəçiliyi ilə anlaşma memorandumunun icrası çərçivəsində əldə olunan irəliləyişlər müzakirə olunacaq.Diplomatik mənbənin bildirdiyinə görə, ABŞ və İran nümayəndələri texniki məsələlər üzrə fikir mübadiləsi aparacaq və razılaşmaların həyata keçirilməsi ilə bağlı mövcud vəziyyəti qiymətləndirəcəklər.Həmçinin qeyd olunub ki, ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşner bu danışıqlarda iştirak etməyəcək.Dohada keçiriləcək görüş ABŞ-İran münasibətlərində diplomatik təmasların davam etdirilməsi baxımından diqqətlə izlənilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Zalujnı prezidentliyə namizəd olmaq istəyir

Next Article

“Barselona” Kristensenlə müqaviləni uzatdı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Ukrayna-Rusiya danışıqları sentyabrda keçirilə bilər

Aysel Əlibəyli 27 Avqust 2026 · 12:51 1060 baxış Ukrayna və Rusiya arasında yeni danışıqların sentyabr ayında keçirilməsi ehtimalı var. Elpress.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov açıqlama verib.Onun sözlərinə […]