--:--:-- | 30 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Pakistanda terror hücumu: ölən və yaralananlar var

Aysel Əlibəyli 12 İyun 2026 · 16:32 1160 baxış

Pakistanın şimal-qərbində törədilən terror aktı insan tələfatı və yaralanmalarla nəticələnib.

Elpress.az xarici mediaya istinadən xəbər verir ki, Xayber Paxtunxva əyalətində kamikadze terrorçu məscidin yaxınlığında üzərindəki partlayıcı qurğunu işə salıb.İlkin məlumata görə, terrorçu əvvəlcə məscidə daxil olmağa cəhd göstərsə də, buna nail olmayıb. Bundan sonra o, binanın qarşısında özünü partladıb.Hadisə Lakki Marvat rayonunun Xayro Xel ərazisində, cümə namazı üçün toplaşan insanların olduğu vaxt baş verib. Partlayış nəticəsində azı bir mülki şəxs həyatını itirib, yeddi polis əməkdaşı isə müxtəlif dərəcəli xəsarətlər alıb.Yaralananlar tibbi yardım göstərilməsi üçün yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.Hadisədən sonra hüquq-mühafizə orqanları ərazidə təhlükəsizlik tədbirlərini gücləndirib, partlayışın səbəblərinin araşdırılması üçün istintaqa başlayıb.Hələlik terror aktına görə hər hansı silahlı qruplaşma məsuliyyəti üzərinə götürməyib.Qeyd edək ki, son dövrlər Pakistanın Xayber Paxtunxva və Bəlucistan əyalətlərində terror hücumlarının sayında yenidən artım müşahidə olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Kamran Əliyev Nərimanov sakinlərinin müraciətlərini dinlədi

Next Article

“PAŞA Kapital”ın rəhbər heyətində yeni təyinat

Bəlkə də, sizin üçün maraqlı olar ...;

NATO-nun diqqəti Türkiyədə

Aysel Əlibəyli 01 İyul 2026 · 12:15 1110 baxış Ankara sammitində müdafiə sənayesi və hərbi xərclər əsas mövzu olacaq Elpress.az-ın məlumatına əsasən, NATO-nun Baş katibi Mark Rutte Türkiyənin alyans daxilində strateji rolunu və müdafiə sənayesində […]

Rusiya zərbələri qlobal ərzaq təhlükəsizliyini təhdid edir

Aysel Əlibəyli 14 Avqust 2026 · 11:41 1074 baxış “NYT”: Ukrayna limanlarına hücumlar dünya ərzaq tədarükündə problemlər yarada bilər Elpress.az xəbər verir ki, Rusiyanın Ukraynanın Odessa limanı və ətrafındakı ərazilərə endirdiyi zərbələr qlobal ərzaq tədarükü […]

İran: “20 nəsil döyüşəcəyik” – Hatəmi

Aysel Əlibəyli 24 Avqust 2026 · 21:13 1074 baxış İran ordusunun komandanı ölkənin istənilən təcavüzə cavab verəcəyini bildirib Elpress.az xəbər verir ki, İran ordusunun komandanı Əmir Hatəmi ölkəsinin hər hansı xarici təcavüzə qarşı mübarizəyə hazır […]