--:--:-- | 25 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Britaniyada terror hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Aysel Əlibəyli 27 Sentyabr 2026 · 18:47 1086 baxış

RAF Fairford bazası yaxınlığındakı insidentlə bağlı 85 evin sakinləri təxliyə edilib

Elpress.az xəbər verir ki, Böyük Britaniyada RAF Fairford hərbi bazası yaxınlığında baş verən insidentlə əlaqədar beş nəfər saxlanılıb.Qlosterşir polisi bazar günü yerli vaxtla saat 00:45 radələrində hərbi baza istiqamətində hərəkət edən üç şübhəli avtomobil barədə məlumat alıb. Saxlanılan şəxslərin əvvəlcə partlayıcı maddələrlə bağlı qanunvericiliyin pozulmasında, daha sonra isə terror aktı hazırlamaqda şübhəli bilindiyi bildirilib.Təhlükəsizlik tədbirləri çərçivəsində hadisə ətrafındakı 85 evin sakinləri təxliyə olunub. Əraziyə Britaniya ordusunun bomba zərərsizləşdirmə qrupu cəlb edilib və xüsusi robotlardan istifadə olunub.İnsidentlə bağlı araşdırmaya terrorla mübarizə polisi rəhbərlik edir. Saxlanılan beş nəfərin hazırda polis nəzarətində olduğu bildirilib.RAF Fairford uzun müddətdir ABŞ ordusu tərəfindən irəli əməliyyat bazası kimi istifadə olunur. ABŞ Hərbi Hava Qüvvələri hadisədən sonra vəziyyəti izlədiyini və yüksək hazırlıq vəziyyətində qaldığını açıqlayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Türkiyə Azərbaycan şəhidlərini ehtiramla yad edib

Next Article

Məktəblərdə yeni maliyyələşmə sistemi tətbiq ediləcək

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Paşinyan Aİİ ilə bağlı sərt xəbərdarlıq etdi

Aysel Əlibəyli 29 İyul 2026 · 16:47 1102 baxış Ermənistanın Baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqının (Aİİ) fəaliyyəti ilə bağlı narazılığını ifadə edərək, təşkilatın gələcəyinə dair ciddi xəbərdarlıq səsləndirib. Elpress.az xəbər verir ki, Paşinyan […]

Aİ Tatarıstan rəhbərinə qarşı sanksiya tətbiq edib

Aysel Əlibəyli 28 Sentyabr 2026 · 14:47 1086 baxış Rüstəm Minnixanovun da daxil olduğu 10 şəxs və 17 qurum məhdudiyyətlərə məruz qalıb Elpress.az xəbər verir ki, Avropa İttifaqı Şurası Tatarıstan Respublikasının rəhbəri Rüstəm Minnixanova qarşı […]