--:--:-- | 31 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Zelenski: Ukrayna kritik infrastruktura zərbələri dayandırmağa hazırdır

Aysel Əlibəyli 14 Sentyabr 2026 · 20:39 1116 baxış

Kiyev Rusiyanın da analoji öhdəlik götürəcəyi təqdirdə razılaşmaya hazır olduğunu açıqlayıb

Elpress.az xəbər verir ki, Ukrayna Rusiya ilə kritik infrastruktura qarşı zərbələrin dayandırılması barədə razılaşma əldə etməyə hazırdır.Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, belə bir razılaşmanın mümkün olması üçün tərəfdaş ölkələr Rusiyanın öhdəliklərə əməl etməsinə təminat verməlidir.Zelenskinin sözlərinə görə, ərzaq, enerji və insanların normal həyat fəaliyyəti üçün vacib olan digər infrastruktur obyektləri hücumlardan qorunmalıdır.O qeyd edib ki, Rusiya hər gün Ukraynanın enerji obyektlərini, limanlarını, logistika mərkəzlərini, həmçinin ərzaq və dərman anbarlarını hədəfə alır.Prezident vurğulayıb ki, tərəfdaşlar Rusiyanın Ukraynanın enerji və digər kritik infrastrukturu ilə yanaşı, ərzaq daşımalarına zərbələr endirməməsini təmin edərsə, Kiyev də qarşılığında öz zərbələrini dayandırmağa hazırdır.Zelenski razılaşmanın etibarlı və uzunmüddətli mexanizmə əsaslanmalı, insanların həyatına real təsir göstərməli olduğunu bildirib. Onun sözlərinə görə, kritik infrastruktura zərbələrin dayandırılması müharibənin sona çatdırılması istiqamətində ilk addım ola bilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Tramp: Məğlub İran ABŞ-la razılaşmaq istəyir

Next Article

“Neftçi” Elvin Camalovla yollarını ayırıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Rusiya Macarıstana neft və qaz ixracını dayandıra bilər

Aysel Əlibəyli 28 Avqust 2026 · 19:48 1064 baxış Rusiyalı deputat Budapeştin mövqeyindən sonra enerji tədarükünün risk altına düşə biləcəyini deyib Elpress.az xəbər verir ki, Rusiya Dövlət Dumasının deputatı Andrey Kolesnik Macarıstanın Moskva ilə bağlı […]

Trampa Tayvanla bağlı xəbərdarlıq

Aysel Əlibəyli 14 May 2026 · 11:41 1168 baxış Çinin Si Cinpin Pekin sammitində Trampa Tayvanla bağlı xəbərdarlıq etdi Elpress.az-ın məlumatına əsasən XI Jinping Pekində keçirilən sammit zamanı Donald Trumpa Tayvan məsələsi ilə bağlı ciddi […]

Suriya İsraillə diplomatik həll axtarır

Aysel Əlibəyli 01 Sentyabr 2026 · 15:35 1106 baxış Şeybani: İsrailin hücumlarına baxmayaraq, Suriya danışıqlara sadiqdir Elpress.az xəbər verir ki, Suriya İsrailin davam edən hücumlarına baxmayaraq, tərəflər arasında diplomatik həllin əldə olunması üçün səylərini davam […]

2029-cu ildə nəhəng asteroid Yerə yaxınlaşacaq

Aysel Əlibəyli 05 Avqust 2026 · 14:29 1084 baxış Yerə doğru gələn “Apophis” asteroidi: 2029-cu ildə rekord yaxınlaşma baş verəcək Elpress.az xəbər verir ki, 2029-cu ilin aprel ayında nəhəng “99942 Apophis” asteroidi Yer kürəsinin cəmi […]