Milli Müdafiə Nazirliyi Anım Günü münasibətilə paylaşım yayıb
Elpress.az xəbər verir ki, Türkiyənin Milli Müdafiə Nazirliyi 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan şəhidlərinin xatirəsini yad edib.Nazirliyin sosial şəbəkə hesablarında yayımlanan paylaşımda Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda həlak olan hərbçilərin xatirəsinə ehtiram ifadə olunub.Paylaşımda şəhidlərin qəhrəmanlığının xatırlandığı, qazilərə isə can sağlığı və xoşbəxt həyat arzulandığı bildirilib.


