--:--:-- | 29 Sentyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Astana TRASEKA-nın diqqət mərkəzində: tranzit əməkdaşlığında yeni mərhələ başladı

Elşən 15 May 2026 · 08:53 1117 baxış

Qazaxıstanın Astana şəhərində TRASEKA Hökumətlərarası Komissiyasının XVIII illik toplantısı təşkil olunub.

Elpress.az-ın Azərtac-a istinadən verdiyi məlumata əsasən, tədbirdə üzv dövlətlərin nümayəndələri, TRASEKA-nın Daimi Katibliyinin təmsilçiləri, müşahidəçi ölkələr, eləcə də beynəlxalq qurumlar və tərəfdaş təşkilatlar iştirak edirlər.

Müzakirələr zamanı beynəlxalq nəqliyyat marşrutlarının inkişaf etdirilməsi, region ölkələrinin tranzit imkanlarının artırılması və TRASEKA çərçivəsində əməkdaşlığın möhkəmləndirilməsi diqqət mərkəzində olacaq.

Toplantı çərçivəsində təşkilata sədrliyin Qazaxıstana verilməsi, nümayəndə heyəti rəhbərlərinin çıxışları, nəqliyyat və tranzit sahəsinə dair sənədlərin imzalanması, həmçinin TRASEKA Daimi Katibliyinin yeni Baş katibinin seçilməsi planlaşdırılır.

Qeyd edək ki, TRASEKA Avropa–Qafqaz–Asiya nəqliyyat dəhlizinin inkişafına dair Əsas Çoxtərəfli Sazişə qoşulmuş 14 ölkəni birləşdirən beynəlxalq proqramdır. Bu ölkələr sırasında Azərbaycan, Ermənistan, Bolqarıstan, Gürcüstan, İran, Qazaxıstan, Qırğızıstan, Moldova, Rumıniya, Tacikistan, Türkmənistan, Türkiyə, Özbəkistan və Ukrayna yer alır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Sabah bəzi rayonlarda qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.

Next Article

Azərbaycan təmsilçisi JIVA “Avroviziya” yarımfinalında səhnə aldı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İdlibdə hərbi aerodroma hücum edilib

Aysel Əlibəyli 18 Avqust 2026 · 11:08 1052 baxış “Əbu-Duhur” aerodromu naməlum uçuş aparatı tərəfindən hədəfə alınıb Elpress.az xəbər verir ki, Suriyanın İdlib vilayətində yerləşən “Əbu-Duhur” hərbi aerodromuna naməlum uçuş aparatı ilə hücum edildiyi bildirilir.AFP-yə […]

Qəzza üzrə gizli diplomatiya: Türkiyə nümayəndəsi Qahirədə

Aysel Əlibəyli 08 İyun 2026 · 19:31 1108 baxış Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın Qahirəyə səfər edib və Qəzza zolağında atəşkəs razılaşmasının ikinci mərhələsinin həyata keçirilməsi istiqamətində aparılan səylər çərçivəsində Fələstin qruplarının […]

Gürcüstanda koronavirusa yoluxma qeydə alınıb

Aysel Əlibəyli 19 İyun 2026 · 11:15 1104 baxış Gürcüstanda son üç həftə ərzində koronavirus infeksiyasına yoluxma halları laborator müayinələrin nəticələri ilə təsdiqlənib. Elpress.az-ın məlumatına əsasən, Bu barədə İaşvili adına Mərkəzi Uşaq Xəstəxanasının tibbi direktoru […]