Türkiyədə “Halk TV” telekanalı ilə bağlı istintaq çərçivəsində əməliyyat keçirilib, kanalın idarəçiliyinə qəyyum təyin olunub.
Elpress.az xəbər verir ki, İstanbul Baş Prokurorluğu bu barədə Cafer Mahiroğlunun şirkətləri ilə bağlı aparılan araşdırma çərçivəsində məlumat yayıb.
Məlumata görə, səhər saatlarında telekanalın binasında axtarış aparılıb. Əməliyyata İstanbul Polis İdarəsinin Cinayətlərlə Mübarizə Şöbəsinin əməkdaşları cəlb olunub, binanın ətrafında təhlükəsizlik tədbirləri görülüb.
Kanalın rəhbəri Cafer Mahiroğlu da daxil olmaqla, 17 nəfər barəsində saxlanılma qərarı verildiyi, onlardan 11-nin nəzarətə götürüldüyü bildirilir.
İstintaqın bələdiyyələrdən alınan tenderlər vasitəsilə telekanalın maliyyələşdirilməsi ilə bağlı iddiaları əhatə etdiyi qeyd olunur. Axtarışlar zamanı kanalın canlı yayımı dayandırılıb, efirdə əvvəlki proqramların təkrarı yayımlanıb.
Cafer Mahiroğlunun hazırda ölkə xaricində olduğu bildirilir.


