--:--:-- | 14 Oktyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Gənc Tamaşaçılar Teatrında “Qodo həsrətində” tamaşasının premyerası olub

Aysel Əlibəyli 13 Oktyabr 2026 · 21:36 1014 baxış

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında Samuel Bekketin eyniadlı pyesi əsasında hazırlanan “Qodo həsrətində” tamaşası ilk dəfə tamaşaçılara təqdim edilib.

Elpress.az xəbər verir ki, səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist Şövqi Hüseynovdur. Tamaşanın səhnə tərtibatını Zaur Abasov, səs tərtibatını Zaur Rəşidova, işıq tərtibatını Vadim Kuskov hazırlayıb. Rejissor assistenti Nəsibə Canəliyevadır.

Tamaşada Şövqi Hüseynov və Əməkdar artist Elnur Bəhramxanla yanaşı, Kərəm Hadızadə, Nurlan Süleymanlı və Lalə Qarayeva da rol alıblar.

Əsərin əsas qəhrəmanları Vladimir və Estraqondur. Onlar kim olduğu və gəlib-gəlməyəcəyi bilinməyən Qodonu gözləyirlər. Gözləntinin uzanması qəhrəmanların tənhalığını, qorxularını və ümidsizliyini daha da dərinləşdirir.

Bekketin fəlsəfi məzmun daşıyan əsərində gözləmək anlayışı insanın xaos içində məna və sığınacaq axtarışı, eləcə də inamla bağlı suallar fonunda təqdim olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bişkekdə Azərbaycan dili və ədəbiyyatı müzakirə olunub

Next Article

Tramp Ərdoğana hörmətini ifadə edib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Nazir Xalq artistini evində ziyarət etdi

Aysel Əlibəyli 31 İyul 2026 · 12:13 1068 baxış Adil Kərimli 96 yaşlı bəstəkar Tofiq Bakıxanovla görüşüb Elpress.az xəbər verir ki, Mədəniyyət naziri Adil Kərimli 30 iyul tarixində Xalq artisti, görkəmli bəstəkar və pedaqoq Tofiq […]

Əli Hacı: Ruhun libası

Elşən 15 İyun 2026 · 23:33 1336 baxış Üzünü o yana çevir,Bu üzdə qış havası var.Qəribliyin qucağında,Doğmalığın davası var. Gör, fikrim hara çəkdi,Dili söz-söz dara çəkdi.Kim deyir ki, Allah təkdir?Onun da öz Həvvası var. Ölmək […]

Şəfiqə Məmmədova: Kino sahəsində inkişaf var

Aysel Əlibəyli 11 Sentyabr 2026 · 14:18 1056 baxış Xalq artisti Azərbaycan Kinematoqrafçılar İttifaqında qarşıdakı fəaliyyətindən danışıb Elpress.az xəbər verir ki, Xalq artisti Şəfiqə Məmmədova Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilməsindən sonra qarşıdakı fəaliyyət planları barədə […]