Əfsanəvi reper Tupak Şakurun qətlində təqsirləndirilən Duen “Keffi D” Devis ABŞ-da ömürlük həbs cəzasına məhkum edilib.
Elpress.az xəbər verir ki, Nevada ştatında keçirilən məhkəmədə hakim Karli Kirni Devisə 40 ildən ömürlük həbsə qədər cəza təyin edib. Qərara əsasən, onun şərti azadlığa buraxılmaq hüququ yaranana qədər ən azı 40 il həbsdə qalması nəzərdə tutulur. Artıq həbsdə keçirdiyi 731 gün də cəza müddətinə daxil edilib.
Tupak Şakur 1996-cı il sentyabrın 7-də Las-Veqasda avtomobildə olarkən silahlı hücuma məruz qalıb. Ağ rəngli “Cadillac”dan açılan atəş nəticəsində ağır yaralanan reper bir neçə gün sonra, 25 yaşında dünyasını dəyişib.


