--:--:-- | 13 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Dünyada 60 milyondan çox at var – bu gün Ümumdünya At Günüdür

Aysel Əlibəyli 11 İyul 2026 · 11:01 1102 baxış

Hər il iyulun 11-i bütün dünyada atların insan həyatındakı əhəmiyyətini vurğulamaq məqsədilə Ümumdünya At Günü kimi qeyd olunur.

Elpress.az xəbər verir ki , Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının qərarına əsasən, iyulun 11-i Ümumdünya At Günü kimi qeyd edilir. Bu beynəlxalq gün 2025-ci ilin iyun ayında qəbul edilən 79/291 saylı qətnamə ilə təsis olunub.Monqolustanın təşəbbüsü ilə yaradılan bu günə dair qətnamənin həmmüəllifləri 56 ölkə olub, sənəd isə 169 nümayəndə heyəti tərəfindən dəstəklənib. Təşəbbüsün əsas məqsədi atların insanların iqtisadi və sosial həyatındakı roluna diqqət çəkmək, eyni zamanda onların sayının və populyasiyasının qorunmasının vacibliyini ön plana çıxarmaqdır.BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, hazırda dünyada təxminən 60,8 milyon at mövcuddur. Bu heyvanlardan idman, turizm, nəqliyyat, istirahət, səhiyyə və qida sənayesi də daxil olmaqla bir çox sahədə geniş istifadə edilir. Xüsusilə ucqar bölgələrdə yaşayan insanlar üçün atlar həm gündəlik həyatın ayrılmaz hissəsi, həm də sosial-iqtisadi inkişafın mühüm amillərindən biri hesab olunur.Mütəxəssislərin fikrincə, müasir ev atı (Equus caballus) qədim vəhşi atların nəslindəndir və onların təxminən 4 200 il əvvəl əhliləşdirildiyi ehtimal olunur. Elektrik və mühərriklərin ixtirasına qədər insanlar ağır fiziki işlərin böyük hissəsini atların köməyi ilə yerinə yetirib. Hətta buxar maşınının gücü atın gücü ilə müqayisə olunduğu üçün bu gün də istifadə edilən “at gücü” anlayışı yaranıb.Hazırda da dünyanın bir çox ölkəsində atçılıq kənd təsərrüfatı, turizm, idman, hüquq-mühafizə fəaliyyəti və digər sahələrdə mühüm rol oynayır. Bununla yanaşı, texnoloji inkişaf, iqtisadi dəyişikliklər və ekoloji problemlər səbəbindən son illərdə həm atların sayı, həm də atçılıq sənayesinin miqyası tədricən azalır.Ümumdünya At Günü bu dəyərli heyvanların qorunmasının vacibliyini xatırlatmaq, eləcə də onların bəşəriyyətin sosial və iqtisadi inkişafına verdiyi töhfəni bir daha diqqətə çatdırmaq məqsədi daşıyır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Dünya bazarında neftin qiyməti enməyə başladı

Next Article

Prezident İlham Əliyev Laçında “Həkəriçay” su anbarının təməlini qoydu

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Rusiyanın Kiyevə zərbələrində ölənlərin sayı 20-yə çatdı

Aysel Əlibəyli 02 İyul 2026 · 17:34 1126 baxış Rusiyanın Ukraynanın paytaxtı Kiyevə endirdiyi kütləvi hava hücumlarından sonra itkilərin sayı artmaqda davam edir. Rəsmilər axtarış-xilasetmə əməliyyatlarının hələ də davam etdiyini bildirirlər. Elpress.az xəbər verir ki, […]

Aİ-nin 18 ölkəsi miqrasiyaya qarşı plan razılaşdırıb

Aysel Əlibəyli 27 Sentyabr 2026 · 18:04 1064 baxış Sərhədlərdə miqrasiya təzyiqinə qarşı yeni mexanizm hazırlanacaq Elpress.az xəbər verir ki, Avropa İttifaqına üzv 18 ölkənin daxili işlər nazirləri sərhədlərdə qeyri-qanuni miqrasiya axınının kəskin artmasının qarşısının […]