--:--:-- | 14 Oktyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Bişkekdə Azərbaycan dili və ədəbiyyatı müzakirə olunub

Aysel Əlibəyli 13 Oktyabr 2026 · 21:32 1014 baxış

Qırğızıstanın paytaxtında Türk dünyasının ortaq dil və mədəni irsinə həsr olunan beynəlxalq elmi-praktik konfrans təşkil edilib.

Elpress.az xəbər verir ki, tədbir Yusif Balasaqunlu adına Qırğız Milli Universitetində “Türk dünyasında Azərbaycan dili və ədəbiyyatı” mövzusunda keçirilib. Konfrans universitetin və Birinci Bakı Türkoloji Qurultayının 100 illik yubileylərinə həsr olunub.

Təşkilatçılar sırasında Qırğız Milli Universiteti, Qırğızıstan Azərbaycanlılarının “Birlik” İctimai Birliyi və Xəzər Universiteti yer alıb. Görüşə Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Türkmənistandan alimlər, tədqiqatçılar və təhsil sahəsinin nümayəndələri qatılıblar.

İştirakçılar Azərbaycan dili və ədəbiyyatının araşdırılması, ortaq mədəni irsin qorunması və elmi əlaqələrin genişləndirilməsi məsələlərini müzakirə ediblər. Çıxışlarda 1926-cı ildə keçirilmiş Birinci Bakı Türkoloji Qurultayının türk dillərinin, yazı sistemlərinin və mədəniyyətinin öyrənilməsindəki rolu da diqqətə çatdırılıb.

Konfrans çərçivəsində “Birlik” İctimai Birliyinin Qırğızıstanda Azərbaycan dilinin və mədəniyyətinin yaşadılması, eləcə də iki ölkə arasındakı münasibətlərin inkişafı istiqamətində gördüyü işlər vurğulanıb. Tədbirin Azərbaycan-Qırğızıstan humanitar əlaqələrinin və türk xalqları arasında dostluğun möhkəmlənməsinə xidmət etdiyi bildirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Türküstanda Heydər Əliyevin xatirəsinə həsr olunan dərs keçirilib

Next Article

Gənc Tamaşaçılar Teatrında “Qodo həsrətində” tamaşasının premyerası olub

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Belarusda yaşayan azərbaycanlıya dövlət medalı təqdim olunub

Aysel Əlibəyli 17 Avqust 2026 · 10:32 1086 baxış Elpress.az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Maksim Tank adına Belarus Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin […]

AzTU-da beynəlxalq müsabiqə: qalibə Berlin imkanı

Aysel Əlibəyli 03 İyul 2026 · 21:27 1180 baxış Elpress.az xəbər verir ki, Azərbaycan Texniki Universiteti (AzTU) və Alman Akademik Mübadilə Xidmətinin birgə təşkilatçılığı ilə universitetdə “Falling Walls Lab” beynəlxalq müsabiqəsi keçirilib. Tədbirin açılışında çıxış […]

Azərbaycanlı yazıçının pyesi Rusiyada beynəlxalq müsabiqənin qalibi olub

Aysel Əlibəyli 18 İyun 2026 · 16:48 1195 baxış Azərbaycanlı yazıçı Vüqar Haqverdiyevin “Pis uşaqlar planeti” pyesi əsasında hazırlanan “Düzəlmə planetinə səyahət” tamaşası Rusiyada keçirilən beynəlxalq teatr müsabiqəsində yüksək nəticə əldə edib. Elpress.az Kulis.az-a istinadən […]