--:--:-- | 03 Noyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

İraq Səudiyyə Ərəbistanı kəmərinə hücumda istifadə olunan PUA qurğusunu ələ keçirib

Aysel Əlibəyli 13 Sentyabr 2026 · 19:55 1088 baxış

Bağdad “Şərq-Qərb” neft kəmərinə zərbədə istifadə edildiyi bildirilən PUA-ların buraxılış platformasını aşkarlayıb

Elpress.az xəbər verir ki, İraq təhlükəsizlik qüvvələri Səudiyyə Ərəbistanının “Şərq-Qərb” neft kəmərinə hücum zamanı istifadə edildiyi iddia olunan pilotsuz uçuş aparatlarının (PUA) buraxılış platformasını aşkarlayaraq ələ keçirib.İraq Təhlükəsizlik Media Hüceyrəsinin rəhbəri general-leytenant Səad Maan bildirib ki, kəşfiyyat və təhlükəsizlik üzrə xüsusi qrup buraxılış avadanlığının yerini müəyyənləşdirib. Onun sözlərinə görə, İraq hakimiyyəti əldə olunan kəşfiyyat məlumatlarının bölüşdürülməsi üçün Səudiyyə Ərəbistanı ilə birbaşa əlaqə saxlayır.Qeyd edək ki, sentyabrın 10-da İraq ərazisindən buraxıldığı bildirilən bir neçə PUA ilə Səudiyyə Ərəbistanının Ər-Riyad və Mədinə bölgələrində yerləşən “Şərq-Qərb” neft kəmərinə zərbələr endirilib. Hücum nəticəsində bir neçə nəfərin yaralandığı, kəmərin fəaliyyətinin isə müvəqqəti dayandırıldığı bildirilib.Qlobal neft tədarükünün təxminən 4-5 faizini daşıyan “Şərq-Qərb” kəməri Səudiyyə Ərəbistanına nefti Hörmüz boğazından yan keçməklə ixrac etmək imkanı verir.Hücumdan sonra Səudiyyə Ərəbistanı Bağdadın müraciətini nəzərə alaraq hələlik cavab zərbəsi endirməmək qərarına gəlib.Səudiyyə Ərəbistanı PUA-ların İraqın İranla sərhədə yaxın cənub-şərqində yerləşən Maysan vilayətindən buraxıldığını müəyyən edib. Həmin ərazidə İranla müttəfiq silahlı qrupların fəaliyyət göstərdiyi bildirilir.İraq hakimiyyəti hücumdan sonra təhlükəsizlik tədbirlərini gücləndirib və İranla sərhəddə yerləşən bir neçə keçid məntəqəsini, o cümlədən Şələmçə, Çəzabeh və Mandalini müvəqqəti bağlayıb. Daha sonra keçid məntəqələrinin humanitar nəqliyyat üçün qismən açıldığı bildirilib.İraq hökuməti həmçinin sərhəd bölgələrində, o cümlədən Maysan vilayətində təhlükəsizlik tədbirlərini gücləndirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Hörmüz boğazı ilə bağlı razılaşma sabah elan ediləcək

Next Article

İndoneziyada gəmi batıb: 6 ölü, 130 itkin

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Gürcüstan DTX-nin sabiq rəhbəri 13 il həbs cəzası alıb

Aysel Əlibəyli 16 Sentyabr 2026 · 21:57 1122 baxış Qriqol Liluaşvili korrupsiya cinayətlərində təqsirli bilinib Elpress.az xəbər verir ki, Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin keçmiş rəhbəri Qriqol Liluaşvili korrupsiya cinayətlərində təqsirli bilinərək 13 il müddətinə azadlıqdan […]