Elpress.az bildirir ki, Azərbaycan Mərkəzi Bankının Pul siyasəti Departamentinin şöbə rəisi Anar Paşacanov Dünya Bankının İcraçı Direktorunun müşaviri vəzifəsinə təyin edilib.
Yeni vəzifəsində Paşacanov fəaliyyətinin ilk mərhələsində həm Dünya Bankında, həm də Beynəlxalq Valyuta Fondunda (BVF) Azərbaycanı təmsil edəcək.Anar Paşacanovun əmək fəaliyyətinin böyük hissəsi Azərbaycan Mərkəzi Bankı ilə bağlı olub. O, 2013-cü ildən etibarən Mərkəzi Bankın Pul siyasəti Departamentində müxtəlif vəzifələrdə çalışıb, son illərdə isə şöbə rəhbəri kimi fəaliyyət göstərib.Onun beynəlxalq maliyyə qurumları ilə də geniş əməkdaşlıq təcrübəsi var. Paşacanov əvvəlki fəaliyyəti dövründə BVF, Dünya Bankı və digər beynəlxalq tərəfdaşlarla makroiqtisadi siyasət, maliyyə sektoru və texniki əməkdaşlıq istiqamətlərində birgə iş aparıb.
Qeyd edək ki, Anar Paşacanov iqtisad elmləri üzrə fəlsəfə doktorudur. O, makroiqtisadiyyat üzrə doktorluq dərəcəsinə malikdir. Həmçinin ABŞ-ın Michigan State Universitetində “Hubert H. Humphrey Fellowship” proqramı çərçivəsində iqtisadi inkişaf üzrə postdoktoral təhsil alıb.


