--:--:-- | 22 Oktyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Xaricdə təhsil vədi ilə pul aldılar? – Vətəndaşlardan şirkətə ciddi ittihamlar

Aysel Əlibəyli 21 İyul 2026 · 00:17 1094 baxış

Elpress.az xəbər verir ki, bir qrup vətəndaş “Aid-Group” xaricdə təhsil şirkəti və onun rəhbəri Nigar Fərhaddan şikayətçi olduqlarını bildirir.

Şikayətçilərdən Aliyə Əfəndiyevanın sözlərinə görə, sosial şəbəkələrdə şirkətin reklamını gördükdən sonra müraciət edib və üç övladının Kanadada təhsil alması üçün bu ilin mart ayında şirkətlə müqavilə bağlayıb.Onun iddiasına görə, bunun üçün 17 min manat ödəniş etsə də, sonradan şirkət rəhbəri və əməkdaşları ilə əlaqə saxlamaq mümkün olmayıb.

Digər şikayətçi Ramin Bedimirzadə isə ABŞ-də təhsil almaq məqsədilə şirkətlə müqavilə bağladığını və 4350 manat ödədiyini bildirib. O iddia edir ki, nə təhsil prosesi başlayıb, nə də ödəniş etdiyi məbləğ geri qaytarılıb.

Şikayətçilərin sözlərinə görə, zərərçəkənlərin sayı bununla məhdudlaşmır. Onlar bildirirlər ki, çox sayda vətəndaş oxşar problemlə üzləşib və ümumi maddi ziyanın məbləği kifayət qədər böyükdür.

Məsələ ilə bağlı zərərçəkənlərin hüquq-mühafizə orqanlarına müraciət etdikləri bildirilir.

Qeyd: Xəbərdə yer alan iddialar şikayətçilərin açıqlamalarına əsaslanır. Qarşı tərəfin mövqeyi açıqlandığı təqdirdə, dərc olunmağa hazırdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Sabunçuda dəhşətli hadisə: Qadın 5-ci mərtəbədən yıxıldı

Next Article

YAP Xəzər rayon təşkilatının 33 illiyi qeyd olundu

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycanda 3 illik bakalavriata keçid hələ mümkün deyil

Aysel Əlibəyli 11 Sentyabr 2026 · 14:39 1070 baxış Parlament rəsmisi: 3 illik bakalavr sistemi üçün 12 illik orta təhsilə keçid lazımdır Elpress.az xəbər verir ki, Azərbaycanda mövcud təhsil sistemi çərçivəsində bakalavriat pilləsinin üç ilə […]

Valideynlərin uşaqlar arasında favorit seçdiyi iddia olunur

Aysel Əlibəyli 30 İyul 2026 · 16:28 1076 baxış Araşdırmalara görə, valideynlər bəzən uşaqlarından birinə digərləri ilə müqayisədə emosional olaraq daha yaxın ola bilirlər. Elpress.az xəbər verir ki, Psychology Today jurnalının istinad etdiyi araşdırmalarda valideynlərin […]