--:--:-- | 19 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

ADY-dən sərnişinlərə xəbərdarlıq: Bakı-Tbilisi-Bakı biletləri ilə bağlı saxtakarlıq

Aysel Əlibəyli 02 Sentyabr 2026 · 17:27 1064 baxış

Elpress.az xəbər verir ki, son günlər “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) Bakı-Tbilisi-Bakı marşrutu üzrə saxta biletlərin satışı ilə bağlı vətəndaşlardan çoxsaylı müraciətlər daxil olur.
Şirkətdən bildirilib ki, bəzi turizm şirkətləri və sosial şəbəkə səhifələri qatarda mövcud olmayan yerlər üzrə sərnişinlərə saxta biletlər təqdim edir.
ADY belə hallarla bağlı hüquq-mühafizə orqanlarına müraciət edildiyini və araşdırmaların aparıldığını açıqlayıb. Saxtakarlıqla məşğul olan şəxslərin və sosial şəbəkə səhifələrinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür.
Şirkət xüsusi olaraq qeyd edib ki, Bakı-Tbilisi-Bakı marşrutu üzrə heç bir turizm şirkəti və ya vasitəçi ilə əməkdaşlıq etmir və onlara bilet kvotası ayırmır.
Sərnişinlərə biletləri yalnız ADY-nin rəsmi internet resurslarından, “ADY Mobile” tətbiqindən və dəmiryol kassalarından əldə etmək tövsiyə olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Tibb işçilərinin maaş artımının təşəbbüskarı Mehriban Əliyevadır

Next Article

Azərbaycanda avtobus daşımalarında yeni sistem tətbiq olunur

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Təhsil kreditlərinin meyarları dəyişdirilə bilər

Aysel Əlibəyli 11 Sentyabr 2026 · 14:29 1078 baxış Deputat ailənin real gəlirinin və sosial yükünün nəzərə alınmasını təklif edib Elpress.az xəbər verir ki, Təhsil kreditlərindən yararlanma meyarlarına yenidən baxılması təklif olunub.Milli Məclisin Elm və […]

Məktəblərin ətrafında nəzarət GÜCLƏNDİRİLİR

Aysel Əlibəyli 07 Sentyabr 2026 · 11:18 1050 baxış Elpress.az xəbər verir ki, yeni tədris ilinin başlamasına sayılı günlər qalmış Bakıdakı məktəblərin ətrafında yol hərəkətinin təhlükəsizliyinin təmin olunması istiqamətində tədbirlər artırılıb. Bakı Şəhər Dövlət Yol […]

Yeni agentliyin mətbuat katibi təyin olundu

Aysel Əlibəyli 07 Avqust 2026 · 11:51 1078 baxış Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyində yeni kadr təyinatı həyata keçirilib. Elpress.az xəbər verir ki, bu barədə […]

Qaradağda 150-dən çox sakinlə görüş keçirilib

Aysel Əlibəyli 15 Oktyabr 2026 · 20:49 1054 baxış Sahil qəsəbəsində sakinlərin müraciətləri dinlənilib, qaldırılan problemlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verilib. Elpress.az xəbər verir ki, oktyabrın 15-də Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Natiq Əliyev […]