--:--:-- | 21 Oktyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Bakı metrosunda havalandırma sistemi yenilənir

Aysel Əlibəyli 19 İyul 2026 · 15:57 1096 baxış

Bakı metrosunda sərnişinlərin rahatlığı və təhlükəsizliyinin artırılması istiqamətində mühüm yenilənmə işləri davam etdirilir.

Elpress.az xəbər verir ki, metropolitenin stansiya və tunellərində daha 6 müasir tipli havalandırma sistemi quraşdırılıb.

Bildirilib ki, yeni nəsil ventilyatorlar Bakı Metropoliteninin mikroiqlim və geoloji xüsusiyyətləri nəzərə alınaraq istehsal edilib. Yeni avadanlıqların tətbiqi nəticəsində stansiya və tunellərdə temperaturun aşağı salınması, havanın 2-3 dəfə daha intensiv yenilənməsi və sərnişinlər üçün daha komfortlu mühitin yaradılması təmin olunacaq.

Qeyd edilib ki, havalandırma sistemləri dispetçer mərkəzindən avtomatlaşdırılmış qaydada idarə olunur. Bununla yanaşı, yeni avadanlıqlar elektrik enerjisinə qənaət etməsi ilə də seçilir.

Bakı Metropoliteni vurğulayıb ki, sərnişin məmnuniyyətinin artırılması məqsədilə infrastrukturun müasirləşdirilməsi və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi istiqamətində yenilənmə işləri mərhələli şəkildə davam etdiriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Ukraynadan Qara dəniz əməliyyatı: Rusiyanın hərbi logistikasına zərbə

Next Article

44 günlük Zəfərin qəhrəmanına 44 yaş

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Masallıda 3 tondan çox yararsız ət dövriyyədən çıxarıldı

Aysel Əlibəyli 06 İyul 2026 · 18:41 1112 baxış Masallı rayonunda keçirilən yoxlama zamanı 3 tondan artıq insan istehlakı üçün yararsız ət aşkarlanıb. Elpress.az xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları rayonun Kürdəbaz […]

“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazandı

Aysel Əlibəyli 13 Oktyabr 2026 · 22:44 1098 baxış Bakıda keçirilən qarşılaşmada Azərbaycan təmsilçisi Çexiya klubunu iki cavabsız qolla məğlub edib. Elpress.az xəbər verir ki, UEFA Çempionlar Liqasının liqa mərhələsinin II turunda “Sabah” “Slaviya” ilə […]