Niderlandın paytaxtı Amsterdamda kafelərdən birinin qarşısında silahlı insident baş verib.
Elpress.az xəbər verir ki, şəhərin şimalında yerləşən kafedə atəş açılması nəticəsində bir nəfər həyatını itirib.Polis hadisə barədə məlumatı yerli vaxtla saat 15:05-də alıb. Atəş açılan vaxt kafenin terrasının müştərilərlə dolu olduğu bildirilir.Hadisə ilə bağlı bir şübhəli şəxs saxlanılıb. Onun şəxsiyyəti və atəş açma səbəbi barədə hələlik rəsmi məlumat açıqlanmayıb.Niderlandın cəzaların icrası xidməti ölən şəxsin Zaandam həbsxana kompleksində çalışan əməkdaş olduğunu açıqlayıb.Şahidlər şübhəlinin hadisədən sonra silahı suya atdığını iddia ediblər. Lakin polis bu məlumatı hələ təsdiqləməyib.
Hazırda hadisə yerində araşdırma aparılır.


