Elpress.az xəbər verir ki, Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı məktubu göndərib.
Məktubda Mangistau vilayətində keçirilən hərbi təlimlər zamanı hərbçilərin həlak olması ilə bağlı xəbərin böyük kədər və sarsıntı doğurduğu bildirilib.Dövlət başçısı faciə ilə əlaqədar Qazaxıstan Prezidentinə, həyatını itirən hərbçilərin ailə üzvlərinə və yaxınlarına, eləcə də qardaş Qazaxıstan xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib.
Prezident İlham Əliyev həlak olanlara Allahdan rəhmət diləyib.


