--:--:-- | 21 Oktyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Direktorların işə qəbulu üzrə müsahibə mərhələsinə start verilib

Elşən 22 İyul 2026 · 09:32 1104 baxış

Bu gündən etibarən ümumi təhsil müəssisələrinin direktor vəzifəsinə işə qəbul müsabiqəsinin müsahibə mərhələsinə başlanılıb.

Elpress.az xəbər verir ki, müsahibələrdə iyunun 29-dan iyulun 8-dək keçirilmiş elektron ərizə qəbulu mərhələsində qeydiyyatdan keçən namizədlər iştirak edirlər.

İlkin mərhələdə müsahibələr şagird sayı 500-dək olan ümumi təhsil müəssisələri üzrə şəhər və regional təhsil idarələri tərəfindən təşkil edilir.

Müsabiqə qaydalarına əsasən, namizədlər vakant vəzifələr üzrə ardıcıllıqla müsahibəyə dəvət olunacaq və uyğun namizəd müəyyən edilənədək bu proses davam edəcək.

Müsahibə zamanı iştirakçıların liderlik və strateji idarəetmə, pedaqoji fəaliyyət, idarəçilik və təşkilatçılıq, ünsiyyət bacarıqları, problemlərin həlli və qərarvermə, rəqəmsal savadlılıq, eləcə də sosial və emosional bacarıqları olmaqla 7 əsas meyar üzrə qiymətləndirilməsi aparılacaq.

Müsahibəyə dəvətlə bağlı məlumatlar namizədlərin şəxsi kabinetlərinə mərhələli şəkildə göndərilir. Bu səbəbdən iştirakçılara şəxsi səhifələrini mütəmadi yoxlamaları tövsiyə olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

“Limon turşusu” ləqəbli tiktoker həbs edildi

Next Article

Azərbaycan kinosuna ağır itki: Xalq artisti Tofiq Mirzəyev vəfat etdi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Füzulidə aerokosmik festival gəncləri bir araya topladı

Aysel Əlibəyli 26 İyul 2026 · 19:24 1096 baxış Füzuli Beynəlxalq Hava Limanında keçirilən “Aerokosmik Modelçilik Festivalı 2026” gənclərin texniki bacarıqlarını nümayiş etdirdiyi və innovativ ideyalarını təqdim etdiyi maraqlı tədbirlə yadda qalıb. Elpress.az xəbər verir […]

Binəqədi RİH-də vəzifə dəyişiklikləri: yeni təyinatlar

Aysel Əlibəyli 14 Oktyabr 2026 · 13:31 1115 baxış Binəqədi Rayon İcra Hakimiyyətində bir neçə əməkdaşın vəzifəsi dəyişdirilib. Elpress.az xəbər verir ki, icra başçısı Elxan Allahverdiyevin imzaladığı əmrlərlə Namiq İbadzadə Xocəsən qəsəbəsi üzrə inzibati ərazi […]