Elpress.az xəbər verir ki, 2026-cı ilin ilk 6 ayı ərzində aliment öhdəliyini yerinə yetirməyən şəxslərlə bağlı 2740 inzibati xəta protokolu tərtib olunub.
Məlumata görə, həmin şəxslərdən 1278-i inzibati qaydada həbs edilib.Eyni dövrdə aliment öhdəliyini yerinə yetirməyən 116 şəxsin cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı təqdimat verilib, 77 nəfər barəsində isə cinayət işi başlanıb.
Bundan başqa, aliment borcu ilə əlaqədar 1500 şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat hazırlanıb. Onlardan 1246 nəfərin ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulub.



