--:--:-- | 23 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Bu üç bürc üçün uğurlu dövr başlayıb

Aysel Əlibəyli 17 İyul 2026 · 00:25 1102 baxış

Astroloqların proqnozuna görə, Saturnun birbaşa hərəkətə keçməsi ilə üç bürc üçün maliyyə sabitliyi, daxili harmoniya və yeni imkanlarla müşayiət olunan əlverişli dövr başlayıb.

Elpress.az xəbər verir ki, mütəxəssislər bu dövrün əvvəlki zəhmətin bəhrəsini görmək və həyatın müxtəlif sahələrində müsbət dəyişikliklər yaşamaq baxımından əhəmiyyətli olduğunu bildirirlər.

Buğa bürcü üçün maliyyə sabitliyi ön plana çıxır. Büdcənin daha düzgün idarə olunması və qənaət vərdişlərinin güclənməsi gələcək uğurlar üçün möhkəm zəmin yarada bilər.

Qız bürcünün nümayəndələrinin isə daxili rahatlıq əldə edəcəyi, iş və şəxsi həyat arasında tarazlığı daha asan qoruyacağı qeyd olunur. Bu dəyişiklik onların özünəinamını artıracaq.

Oğlaq bürcü üçün isə uzun müddətli zəhmətin bəhrəsini toplamaq vaxtının yetişdiyi bildirilir. Astroloqlar hesab edirlər ki, bu bürcün nümayəndələri həm peşəkar, həm də şəxsi həyatlarında mühüm nailiyyətlər əldə edə bilərlər.

Mütəxəssislər vurğulayırlar ki, müsbət dəyişikliklərin əsas səbəbi yalnız ulduzların təsiri deyil, həm də insanların intizamı, əzmkarlığı və düzgün qərarlarıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Niderlandda su qıtlığı rejimi elan edildi

Next Article

Şamaxıda kişi ailə münaqişəsindən sonra evini yandırdı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

8 Noyabr prospektində təmir işləri aparılacaq

Aysel Əlibəyli 13 Sentyabr 2026 · 00:42 1062 baxış Elpress.az xəbər verir ki, Xətai rayonunda yerləşən 8 Noyabr prospektinin bəzi hissələrində sentyabrın 14-dən etibarən təmir işlərinə başlanılacaq. Təmir işlərinin saat 09:00-dan etibarən həyata keçirilməsi nəzərdə […]

64 ildən sonra evləndilər

Aysel Əlibəyli 26 İyul 2026 · 21:23 1086 baxış 90 yaşlı qadın 64 illik münasibətdən sonra sevgilisi ilə nikaha daxil olub Elpress.az xəbər verir ki, Keniyada yaşayan 90 yaşlı Tabita Vanqui və 95 yaşlı İbrahim […]

Xaliq İbrahimov polkovnikə bərabər hərbi rütbə aldı

Aysel Əlibəyli 21 Oktyabr 2026 · 11:34 1046 baxış Vətən Müharibəsi Qəhrəmanı Xaliq İbrahimov Azərbaycan Hərbi Dəniz Qüvvələrində növbəti hərbi rütbəyə yüksəlib. O, bundan sonra 1-ci dərəcəli kapitan rütbəsi daşıyacaq. Elpress.az xəbər verir ki, müdafiə […]