--:--:-- | 28 Oktyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

DİM 2027-ci il buraxılış imtahanlarının proqramlarını açıqladı

Aysel Əlibəyli 10 Sentyabr 2026 · 15:42 1178 baxış

9 və 11-ci siniflər üzrə buraxılış imtahanlarında tətbiq olunacaq proqram və model məlum olub

Elpress.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzi 2027-ci ildə ümumi orta və tam orta təhsil səviyyələri üzrə keçiriləcək buraxılış imtahanlarının proqramlarını təqdim edib. Proqramlar Azərbaycan və rus dillərində hazırlanıb.9-cu siniflər üçün Azərbaycan bölməsində Azərbaycan dili, riyaziyyat və xarici dil, rus bölməsində isə rus dili, riyaziyyat, xarici dil və Azərbaycan dili (dövlət dili) fənləri üzrə proqramlar açıqlanıb.11-ci siniflər üzrə də müvafiq olaraq Azərbaycan və rus bölmələri üçün tədris dili, riyaziyyat və xarici dil, həmçinin rus bölməsi üçün Azərbaycan dili (dövlət dili) üzrə proqramlar təqdim olunub.Bildirilib ki, 9-cu sinif buraxılış imtahanlarında 2026-cı ildə tətbiq edilən imtahan modeli saxlanılacaq. 11-ci siniflər üzrə xarici dil imtahanında isə ingilis, alman, fransız, rus, ərəb və fars dilləri üzrə dinləyib-anlama, oxuyub-anlama, qrammatika və leksika, eləcə də yazı bacarıqları yoxlanılacaq.Dinləyib-anlama bölməsində bir mətn və ona aid 4 tapşırıq, oxuyub-anlama bölməsində isə 2 mətn və hər mətnə aid 4 tapşırıq təqdim ediləcək. Qrammatika və leksika üzrə 13 qapalı tipli tapşırıq nəzərdə tutulub. Yazı bölməsində iştirakçılardan verilmiş sual və ya fikir əsasında öz mövqelərini fakt və mülahizələrlə ifadə etmələri tələb olunacaq.11-ci siniflərdə Azərbaycan və rus dili, həmçinin riyaziyyat fənləri üzrə də 2026-cı ilin imtahan modeli tətbiq ediləcək. 9 və 11-ci siniflər üzrə Azərbaycan dili (dövlət dili) imtahanlarında da əvvəlki ilin modeli qüvvədə olacaq.DİM həmçinin proqramlarda bəzi dərsliklərlə bağlı dəyişikliklər barədə məlumat verib. 5-ci sinif Azərbaycan dili dərsliyindən çıxarılan, lakin vacibliyinə görə proqramda saxlanılan feilin şəkilləri ilə bağlı mövzular ayrıca təqdim olunub.7-ci siniflər üçün cari tədris ilində istifadəyə verilən yeni Azərbaycan dili dərsliyinin materialları isə 2027-ci il buraxılış imtahanlarının proqramlarına daxil edilməyib. Səbəb həmin dərsliyin hazırda 9 və 11-ci sinif şagirdləri tərəfindən öyrənilməməsidir. Bu səbəbdən proqramlarda əvvəlki dərslik nəşrinə istinad olunacaq.Proqramlarda əsas ədəbiyyat kimi ümumtəhsil məktəblərində istifadə olunan dərsliklər göstərilib. DİM bildirib ki, əvvəlki illərdə olduğu kimi, dərslikdən kənar mövzular proqramlara daxil edilməyib.2027-ci il buraxılış imtahanları üzrə proqramlar, seçilmiş altstandartlar, nümunə tapşırıqlar və yazılı cavab tələb edən tapşırıqların qiymətləndirmə meyarları “Abituriyent” jurnalının xüsusi buraxılışlarında dərc ediləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Kreml: Rusiya Qara dənizdə ticarət gəmilərinə zərbələri davam etdirəcək

Next Article

Çində yük gəmisində yanğın: 20 nəfər ölüb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Aliment borcuna görə 1278 nəfər həbs edilib

Aysel Əlibəyli 12 Avqust 2026 · 16:47 1074 baxış Elpress.az xəbər verir ki, 2026-cı ilin ilk 6 ayı ərzində aliment öhdəliyini yerinə yetirməyən şəxslərlə bağlı 2740 inzibati xəta protokolu tərtib olunub. Məlumata görə, həmin şəxslərdən […]

BAAU Türkiyə universiteti ilə əməkdaşlıq edəcək

Aysel Əlibəyli 23 Oktyabr 2026 · 22:29 1076 baxış Bakı Avrasiya Universiteti ilə Türkiyənin OSTİM Texniki Universiteti arasında elmi və akademik əlaqələrin inkişafına dair razılıq əldə olunub. Elpress.az xəbər verir ki, Ankarada keçirilən görüşdə hər […]

“WhatsApp Web”də zəng funksiyası aktivləşir

Aysel Əlibəyli 03 Avqust 2026 · 16:21 1096 baxış Tətbiq yükləməyə ehtiyac qalmadı: “WhatsApp Web” istifadəçiləri brauzerdən birbaşa zəng edə biləcəklər Elpress.az xəbər verir ki, “WhatsApp Web” istifadəçiləri üçün vacib yenilik təqdim edilir. Artıq kompüterə […]