--:--:-- | 25 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

ARDNF Çin-ASEAN Birgə İnvestisiya Şurasını yaradıb

Aysel Əlibəyli 10 Sentyabr 2026 · 15:23 1074 baxış

Azərbaycan Dövlət Neft Fondu aparıcı suveren investorlarla yeni investisiya platforması təsis edib

Elpress.az xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bir sıra aparıcı suveren və institusional investorlarla birlikdə Çin-ASEAN Birgə İnvestisiya Şurasını (CAJIC) təsis edib.Şuranın yaradılması Çinin Syamen şəhərində keçirilən 26-cı Çin Beynəlxalq İnvestisiya və Ticarət Sərgisi çərçivəsində elan olunub. CAJIC-in təsisçiləri arasında ARDNF ilə yanaşı Çin İnvestisiya Korporasiyası, Tailand Hökumətinin Pensiya Fondu, Malayziyanın “Khazanah Nasional Berhad” suveren sərvət fondu, “Kumpulan Wang Persaraan (Diperbadankan)” pensiya fondu və İndoneziya İnvestisiya Qurumu yer alır.Çin İnvestisiya Korporasiyasının təşəbbüsü ilə yaradılan platformanın əsas məqsədi Çin və Cənub-Şərqi Asiya ölkələrində suveren sərvət fondları və institusional investorlar arasında uzunmüddətli investisiya əməkdaşlığını genişləndirməkdir.CAJIC çərçivəsində institusional əlaqələrin inkişaf etdirilməsi, bilik və təcrübə mübadiləsi, həmçinin qarşılıqlı maraq doğuran sahələrdə yeni investisiya təşəbbüslərinin həyata keçirilməsi nəzərdə tutulur.ARDNF ilə Çin İnvestisiya Korporasiyası arasında investisiya əməkdaşlığının genişləndirilməsinə dair Anlaşma Memorandumu 2025-ci ilin aprelində imzalanıb. 2026-cı ilin aprelində isə ARDNF, Çin İnvestisiya Korporasiyası və İndoneziya İnvestisiya Qurumu tərəfindən “Galaxy Orientis” Çin-ASEAN İnvestisiya Proqramı yaradılıb. Proqrama ilkin mərhələdə təxminən 520 milyon ABŞ dolları vəsait cəlb edilib, hədəf məbləğ isə 1 milyard ABŞ dolları müəyyənləşdirilib.Çin və Cənub-Şərqi Asiyada sənaye, səhiyyə, istehlak, biznes xidmətləri və texnologiya sahələrində investisiya imkanlarına yönələn CAIP konkret investisiya layihələrinə kapital yönəldəcək. CAJIC isə institusional əməkdaşlığın gücləndirilməsi və yeni investisiya istiqamətlərinin müəyyənləşdirilməsi üçün platforma rolunu oynayacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Əlcəzair BƏƏ ilə diplomatik əlaqələri kəsib

Next Article

Azad edilmiş ərazilərdə abidələrə 700 milyon manatdan çox ziyan dəyib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Heyvandarlığa Yeni Dövlət Dəstəyi Paketi Təsdiqləndi

Aysel Əlibəyli 12 İyun 2026 · 19:19 1170 baxış Yeni təsdiqlənən subsidiya qaydaları ilə heyvandarlıq istehsalçıları üçün genişmiqyaslı dövlət dəstəyi alətləri təsbit olunub. Göygöldə jurnalistlərə açıqlama verən kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev bildirib ki, […]

Qida təhlükəsizliyi üzrə Dövlət Proqramı təsdiqlənib

Aysel Əlibəyli 10 Sentyabr 2026 · 15:18 1060 baxış 2027-2032-ci illər üçün qida təhlükəsizliyi tədbirlərinin əsas istiqamətləri müəyyənləşdirilib Elpress.az xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027-2032-ci illər üçün Dövlət […]

Dolların sabahkı rəsmi məzənnəsi açıqlandı

Aysel Əlibəyli 30 İyun 2026 · 18:34 1122 baxış Azərbaycan Mərkəzi Bankı milli valyutanın xarici valyutalara nisbətdə müəyyən edilən rəsmi göstəriciləri ilə bağlı növbəti məlumatı açıqlayıb. Elpress.az xəbər verir ki, Azərbaycan Respublikası Mərkəzi Bankı manatın […]