--:--:-- | 28 Oktyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Rahid Əmirquliyev “Sabah”a şans verib

Aysel Əlibəyli 10 Sentyabr 2026 · 15:35 1070 baxış

Sabiq milli futbolçu “Sabah”ın “Mançester Yunayted”ə qarşı taktikasını açıqlayıb

Elpress.az xəbər verir ki, Azərbaycan millisinin sabiq futbolçusu Rahid Əmirquliyev “Sabah”ın UEFA Çempionlar Liqasının liqa mərhələsində “Mançester Yunayted”ə qarşı keçirəcəyi oyunla bağlı fikirlərini bölüşüb.37 yaşlı yarımmüdafiəçi İngiltərə futbolunun yüksək səviyyədə olduğunu və “Old Trafford”dakı atmosferin qarşılaşmanı “Sabah” üçün daha da çətinləşdirəcəyini bildirib. Onun sözlərinə görə, “Mançester Yunayted” kağız üzərində oyunun açıq favoritidir.Əmirquliyev hesab edir ki, “Sabah” rəqibə qarşı açıq futbol oynamaq əvəzinə daha çox əks-hücumlara üstünlük verməlidir. Sabiq futbolçu belə taktikanın tətbiqi halında Azərbaycan təmsilçisinin rəqibin müdafiəsindəki boşluqlardan istifadə edərək onu cəzalandıra biləcəyini vurğulayıb.O, “Qarabağ”ın ötən mövsüm “Çelsi” ilə heç-heçə etməsini nümunə göstərərək, Azərbaycan klublarının güclü İngiltərə təmsilçilərinə qarşı mübarizə apara biləcəyini qeyd edib.Əmirquliyev futbolda hər nəticənin mümkün olduğunu desə də, “Old Trafford”da “Mançester Yunayted”dən xal almağın çox çətin olduğunu bildirib. Onun fikrincə, “Sabah”ın İngiltərədən xalla qayıtması həm klub, həm də Azərbaycan futbolu üçün böyük uğur olacaq.Qeyd edək ki, “Mançester Yunayted” – “Sabah” qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

2027-ci il qəbul imtahanlarının proqramları açıqlanıb

Next Article

Kreml: Rusiya Qara dənizdə ticarət gəmilərinə zərbələri davam etdirəcək

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Frank De Bleker AFFA-dan ayrıldı

Aysel Əlibəyli 01 Avqust 2026 · 13:59 1082 baxış Belçikalı FIFA referisi Frank De Bleker AFFA-dakı fəaliyyətini başa vurub Elpress.az xəbər verir ki, Belçikalı FIFA referisi Frank De Blekerin AFFA-da fəaliyyəti başa çatıb.AFFA-nın məlumatına görə, […]

Kanoeçimiz Avropa çempionatına yollanır

Aysel Əlibəyli 08 İyun 2026 · 15:37 1148 baxış Portuqaliyanın Montemor-u-Velyu şəhəri iyunun 11-dən 14-dək kayak və kanoe üzrə Avropa çempionatına ev sahibliyi edəcək. Elpress.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Qitə birinciliyində Azərbaycan millisinin heyətində […]

Tarixi Mövsüm: Həsrətlər Bitdi

Elşən 20 May 2026 · 11:38 1151 baxış Bu sezon futbol dünyasında bir çox klub illərlə davam edən çempionluq həsrətinə son qoydu. Xüsusilə İngiltərənin məşhur klubu Arsenal uzun illərdən sonra yenidən zirvəyə yüksələrək azarkeşlərinə böyük […]