--:--:-- | 04 Noyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Bakıda İqlim Həftəsi başa çatdı – 140-dan çox ölkədən 2700 nümayəndə iştirak edib

Aysel Əlibəyli 13 Sentyabr 2026 · 01:06 1092 baxış

Elpress.az xəbər verir ki, sentyabrın 7-11-də Bakı Konqres Mərkəzində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) 4-cü İqlim Həftəsi və Bakı İqlim Fəaliyyəti Həftəsi keçirilib.

Azərbaycanın ev sahibliyi və təşkilatçılığı ilə baş tutan tədbirlər çərçivəsində ümumilikdə 68 tədbir təşkil olunub. Proqrama 140-dan çox ölkədən 2700-ə yaxın nümayəndə qatılmaq üçün qeydiyyatdan keçib.İqlim həftəsində dövlət qurumlarının təmsilçiləri ilə yanaşı, beynəlxalq təşkilatların, qeyri-hökumət təşkilatlarının, özəl sektorun və akademik dairələrin nümayəndələri də iştirak ediblər.UNFCCC-nin İqlim Həftəsi çərçivəsində beynəlxalq iqlim gündəliyinin müxtəlif istiqamətləri üzrə 8 mandatlı iclas keçirilib. Həmçinin COP30 və COP31 sədrliyinin tədbirləri, eləcə də UNFCCC-nin İcra Forumu çərçivəsində müxtəlif sessiyalar təşkil olunub.Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində isə Azərbaycanın COP29 Sədrliyinin Fəaliyyət Gündəliyinə uyğun olaraq və digər aktual məsələlər üzrə 37 tədbir keçirilib.Həftə çərçivəsində Azərbaycan, Braziliya, Türkiyə və Avstraliyanın iştirakı ilə Milli Adaptasiya Planları (NAP) və Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin (NDC) icrasına dair “Belém Missiyası 1.5” Troykasının mandatı üzrə məsləhətləşmələr də aparılıb.

Qeyd edək ki, UNFCCC İqlim Həftələri BMT-nin regional qrupları arasında rotasiya prinsipi əsasında keçirilir. 2026-cı ilin ilk İqlim Həftəsi aprel ayında Asiya və Sakit Okean regionu üzrə Koreya Respublikasında, ikinci tədbir isə Şərqi Avropa regionu üzrə Azərbaycanda təşkil olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İsmayıllıda avtomobil aşıb yanıb – ölən və yaralanan var

Next Article

Ronaldo Neveşi müdafiə etdi: “Onlara ömürlük qadağa qoyulsun”

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bu istiqamətdə əlavə qatar reysləri istifadəyə verildi

Aysel Əlibəyli 02 İyul 2026 · 13:36 1128 baxış İyulun 6-dan 31-dək Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil olunacaq. Elpress.az xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) yaydığı məlumata görə, əlavə reyslərə əsasən […]

Naxçıvan Yol Agentliyində təyinat qaydası dəyişdi

Aysel Əlibəyli 06 Oktyabr 2026 · 19:39 1104 baxış Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin idarəetmə sistemində dəyişiklik edilib. Yeni qərarla İdarə Heyətinin formalaşdırılması ilə bağlı səlahiyyətlər yenidən müəyyənləşdirilib. Elpress.az xəbər verir ki, “Naxçıvan Avtomobil Yolları […]

Müstəqil ekspert sertifikatı almaq istəyənlər imtahan verib

Aysel Əlibəyli 09 Avqust 2026 · 19:07 1084 baxış Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün test imtahanı keçirilib. Elpress.az xəbər verir ki, 9 avqust tarixində keçirilən imtahan Dövlət İmtahan Mərkəzi […]

Füzulidə aerokosmik festival gəncləri bir araya topladı

Aysel Əlibəyli 26 İyul 2026 · 19:24 1118 baxış Füzuli Beynəlxalq Hava Limanında keçirilən “Aerokosmik Modelçilik Festivalı 2026” gənclərin texniki bacarıqlarını nümayiş etdirdiyi və innovativ ideyalarını təqdim etdiyi maraqlı tədbirlə yadda qalıb. Elpress.az xəbər verir […]