--:--:-- | 03 Noyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Ronaldo Neveşi müdafiə etdi: “Onlara ömürlük qadağa qoyulsun”

Aysel Əlibəyli 13 Sentyabr 2026 · 19:17 1106 baxış

Elpress.az xəbər verir ki, Kriştianu Ronaldo “Əl-Taavun” azarkeşlərinin “Əl-Hilal”ın futbolçusu Ruben Neveşə qarşı təxribat xarakterli davranışına sərt reaksiya verib.

Portuqaliyalı ulduz Səudiyyə Pro Liqası rəhbərliyini həmin azarkeşlərlə bağlı tədbir görməyə çağırıb. Ronaldo Neveşi psixoloji təzyiq altında qoyan şəxslərin stadionlara girişinə ömürlük qadağa tətbiq edilməsini tələb edib.Hadisə “Əl-Hilal”ın “Əl-Taavun” üzərində 6:0 hesablı qələbəsi ilə başa çatan qarşılaşmada yaşanıb. Matç zamanı tribunalardan Neveşi qıcıqlandırmaq məqsədilə onun mərhum yaxın dostu və keçmiş komanda yoldaşı Dioqo Jotanın adı səsləndirilib.Neveş də azarkeşlərin bu davranışına sərt münasibət göstərərək onların hərəkətlərini mənəviyyatsızlıq kimi qiymətləndirib.Xatırladaq ki, Dioqo Jota ötən il yol qəzası nəticəsində faciəvi şəkildə həyatını itirib. Ronaldo isə milli komandadan komanda yoldaşı olan Neveşə dəstək verərək bu cür davranışların cəzasız qalmamalı olduğunu vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bakıda İqlim Həftəsi başa çatdı – 140-dan çox ölkədən 2700 nümayəndə iştirak edib

Next Article

Hörmüz boğazı ilə bağlı razılaşma sabah elan ediləcək

Bəlkə də, sizin üçün maraqlı olar ...;

“Qarabağ” Pakistanlı gənc futbolçunu heyətinə qatdı

Aysel Əlibəyli 03 Avqust 2026 · 11:32 1102 baxış “Qarabağ” Futbol Klubu heyətini yeni transferlə gücləndirib. Elpress.az xəbər verir ki, Pakistanın “Popo” klubunun U-17 milli komandasının kapitanı Əbdül Səməd Ağdam təmsilçisinə transfer olunub.Hücumameyilli gənc futbolçu […]

DÇ finalında rus sözləri qalmaqal yaratdı

Aysel Əlibəyli 21 İyul 2026 · 16:01 1132 baxış Dünya Çempionatının finalındakı fasilə şousunda rus sözləri və “Rusiya” yazısı müzakirələrə səbəb olub Elpress.az xəbər verir ki, İspaniya ilə Argentina arasında keçirilən 2026-cı il Dünya Çempionatının […]